Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilib

Naxçıvan, 22 iyul, AZƏRTAC

İyulun 22-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. 2016-cı ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

3. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2016-cı ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə edib.

 

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun

MƏRUZƏSİ

 

Hörmətli deputatlar və sessiya iştirakçıları!

1990-cı ilin 22 iyulu ölkəmizin tarixində Ümummilli Liderimizin Moskvadan Bakıya, oradan da Naxçıvana qayıdışı günüdür.

Xalqımızın böyük oğlu Moskvadan Naxçıvana qayıdışı ilə bağlı deyirdi ki, “Doğma Vətən torpağına... bu ağır və çətin dövrdə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm”.

Ulu Öndərimizin rəhbərliyi ilə Naxçıvandan başlanan mübarizə Azərbaycana ikinci həyat verdi, ona müstəqillik bəxş etdi. Artıq Azərbaycan Respublikası 25 ildir ki, müstəqillik şəraitində yaşayır və inkişaf edir. Zaman baxımından o qədər də böyük olmayan bu dövrdə ölkəmiz, eləcə də Naxçıvan Muxtar Respublikası sürətli inkişaf yolu keçmişdir. Bu inkişafa ümummilli lider Heydər Əliyev siyasətinə və yoluna sadiqlik nəticəsində nail olunmuşdur.

Hər bir uğurun arxasında insan əməyi və nizam-intizam dayanır. Muxtar respublikamızda 2016-cı ilin “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan olunması isə məsuliyyət hissini daha da artırmış, qəbul edilmiş dövlət proqramları vaxtında icra olunmuş, nəzərdə tutulmuş tədbirlərin, infrastruktur layihələrinin reallaşdırılması təmin edilmiş, sosial-iqtisadi həyatın bütün istiqamətləri üzrə müsbət dinamika qorunub saxlanılmışdır.

Muxtar respublikanın ümumi inkişafını xarakterizə edən ümumi daxili məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 1 milyard 144 milyon manatı ötmüşdür. Onun hər bir nəfərə düşən həcmi isə 2 min 568 manat təşkil etmişdir ki, bu da 2015-ci ilin ilk 6 ayı ilə müqayisədə 4 faiz çoxdur. Ümumi daxili məhsulun 59 faizdən çoxu maddi istehsalın payına düşür ki, bu da iqtisadi sahədə əldə olunan nailiyyətlərin dayanıqlığının əsas göstəricisidir.

İqtisadi dayanıqlığın təmin edilməsində 2014-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı tədbirləri özündə əks etdirən üçüncü dövlət proqramına əməl olunması da mühüm rol oynayır. Nəzərdə tutulan tədbirlərin vaxtında yerinə yetirilməsi nəticəsində bu gün muxtar respublikada iqtisadiyyat şaxələndirilmiş, kənd təsərrüfatı ilə yanaşı sənayenin də aparıcı rolu təmin edilmişdir. Sənayedəki nailiyyətlər məşğulluq səviyyəsinin yüksəldilməsinə, əhali tələbatının yerli məhsullar hesabına ödənilməsinə, xarici ticarət dövriyyəsinin artırılmasına, yekun nəticədə əhalinin rifah halının yaxşılaşmasına öz təsirini göstərir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulunun həcmi 3 faiz artaraq 511 milyon 840 min manatdan çox olmuşdur. Mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulması, istehsal prosesində müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradılması nəticəsində muxtar respublikada sənaye müəssisələrinin sayı 442-yə çatdırılmışdır. Yerli istehsalın inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 365 növdə məhsul istehsal olunur, 343 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.

Qeyd olunan dövrdə ümumi daxili məhsul istehsalında sənayenin payı 32 faiz təşkil etmiş, onun isə 96 faizi özəl bölmənin inkişafı hesabına əldə olunmuşdur.

İstehsal olunan sənaye məhsulunun 93 faizə qədəri emal müəssisələrinin payına düşmüşdür. Bu isə öz növbəsində sənaye müəssisələrini xammalla təchiz edən kənd təsərrüfatının inkişafının nəticəsidir. Bu gün kənd təsərrüfatının inkişafı ərzaq bolluğu, etibarlı ərzaq təminatı yaratmaq deməkdir. Ərzaq təminatı olmadan nə daxili bazarı qorumaq, nə də emal müəssisələrini təmin etmək mümkün deyil. Odur ki, bütün bu xüsusatlar diqqətdə saxlanmış, muxtar respublikamızda əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində tədbirlər davam etdirilmişdir.

Kənd təsərrüfatının müasir texnika və gübrə ilə təchiz olunmasına da diqqət artırılmışdır. 2016-cı ilin ötən dövründə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə daha 57 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq gətirilmiş, məhsuldarlığı artırmaq məqsədi ilə məhsul istehsalçılarına 4905 tondan çox gübrə verilmişdir.

Əkinçilikdə məhsuldarlığın artırılmasına çox böyük təsir göstərən meliorativ tədbirlər cari ilin ötən dövründə də davam etdirilmişdir. Belə ki, Babək rayonunda yeni nasos stansiyasının, Şərur rayonunun Xanlıqlar, Vərməziyar və Ələkli kəndlərində 589 hektar sahənin su təminatını yaxşılaşdırmağa imkan verən suvarma boru xəttinin tikintisi başa çatdırılmışdır. Hazırda Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin 107 hektar sahəsində qapalı suvarma şəbəkəsinin qurulması işi davam etdirilir.

Aqrar sahədə həyata keçirilən tədbirlər öz bəhrəsini vermiş, 2016-cı ilin məhsulu üçün 61 min 526 hektar sahədə əkin aparılmışdır. Strateji əhəmiyyətə malik taxılçılıq öz üstün mövqeyini qoruyub saxlamışdır. Hazırda cari ilin məhsulu üçün əkilmiş 31 min 579 hektar sahədə taxıl biçini davam etdirilir. Biçilmiş sahələrdən orta məhsuldarlıq 29,8 sentner təşkil edir.

Muxtar respublikada ekoloji cəhətdən saf meyvə-tərəvəz məhsullarının yetişdirilməsi üçün əlverişli şərait vardır. Bu məqsədlə 2016-cı il fevralın 8-də “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” qəbul olunmuşdur.

Bitkiçiliklə yanaşı kənd təsərrüfatının digər gəlirli sahəsi olan heyvandarlıq da inkişaf etdirilir. Yeni heyvandarlıq təsərrüfatlarının yaradılması, mövcud təsərrüfatların fəaliyyətinin genişləndirilməsi məqsədilə bank və kredit təşkilatları tərəfindən fermerlərə 6 milyon manatdan artıq kredit verilmiş, heyvanların cins tərkibini yaxşılaşdırmaq üçün tədbirlər davam etdirilmişdir.

Həyata keçirilmiş tədbirlər kənd təsərrüfatının inkişafına təkan vermiş, ümumilikdə 117 milyon 545 min manatadək məhsul istehsal olunmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz çoxdur.

Ekoloji tarazlığın qorunması məsələləri də diqqət mərkəzində saxlanılmış, 246 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 216 mindən çox ağac və gül kolu əkilmişdir.

Ötən 6 ayda tikinti-quraşdırma və abadlaşdırma tədbirlərinə də diqqət artırılmışdır. Yaradılan müasir infrastruktur, istifadəyə verilən rahat yollar, sosial obyektlər, xidmət sahələri yaşayış məntəqələrimizin görkəmini dəyişməklə bərabər rahatlıq da gətirmişdir.

Mənzil şəraitinin yaxşılaşdırılması tədbirləri çərçivəsində Naxçıvan şəhərində bir ictimai yaşayış binası istifadəyə verilmiş, bir yaşayış binasının və “Gənclər şəhərciyi”nin tikintisi davam etdirilir.

Mühüm sahələrdən biri də yol-nəqliyyat infrastrukturunun yenilənməsidir. Ötən 6 ayda Naxçıvan şəhərində Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzi və yeraltı qaraj istifadəyə verilmiş, Naxçıvan-Batumi-Naxçıvan avtobus marşrutu fəaliyyətə başlamış, Naxçıvan Beynəlxalq Hava Limanının “Qərb Terminalı”nda yenidənqurma, Ordubad dəmiryolu sərnişin vağzalında isə tikinti işləri davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 may tarixli Sərəncamına əsasən Babək rayonunun 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulmasının ikinci mərhələsi davam etdirilir.

İnformasiya və rabitə sahəsində yeni texnologiyalar tətbiq olunmuş, göstərilən xidmətlərin əhatə dairəsi genişləndirilmişdir. Cari ilin ötən dövründə muxtar respublikada Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemlərinin istifadəyə verilməsi vətəndaşlarla dövlət qurumları arasında münasibətlərin asanlaşdırılmasına, vaxt itkisinə yol verilmədən daxil olan müraciətlərə baxılmasına və cavablandırılmasına, mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında elektron sənəd dövriyyəsinin daha operativ təşkilinə şərait yaratmışdır.

Enerji təhlükəsizliyinin təmin olunması sahəsində işlər davam etdirilmiş, istehlakçılar elektrik enerjisi və təbii qazla fasiləsiz təchiz olunmuş, istifadə olunan enerji daşıyıcılarının dəyəri tam həcmdə ödənilmişdir.

Hazırda dünya iqtisadiyyatında iqtisadi baxımdan ən gəlirli sahələrdən biri turizmdir. Naxçıvanın qədim tarixi və müasir inkişafı, təbii müxtəlifliyi, unikal müalicə məkanları, tarixi və dini abidələrlə zənginliyi, qabaqcıl sosial-mədəni infrastrukturu turizmin inkişafı üçün əlverişli şərait yaradıb. Bununla yanaşı ictimai-siyasi sabitliyin təmin edilməsi də muxtar respublikaya turistlərin cəlbini artırmışdır. 2016-cı ilin ilk yarısında muxtar respublikaya 188 minə yaxın turist gəlmişdir.

Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, bu ölkələrdə iqtisadi inkişafı müəyyən edən əsas faktor kiçik və orta sahibkarlıqdır. Azərbaycan da bu yolla gedir. Kiçik və orta sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər görülür.

Muxtar respublikamızın da iqtisadi inkişafında özəl sektorun mühüm rolu vardır. Sahibkarlığa göstərilən dövlət qayğısının nəticəsidir ki, cari ilin ötən dövrü ərzində fəaliyyətin bu növü ilə məşğul olmaq istəyən daha 12 hüquqi və 1223 fiziki şəxs qeydiyyata alınmışdır. Bank və kredit təşkilatları tərəfindən yeni istehsal müəssisələrinin yaradılması və ya fəaliyyətinin genişləndirilməsi məqsədilə 3 milyon 618 min manat, fərdi sahibkarlığın inkişafı məqsədilə isə 9 milyon 415 min manat həcmində kreditlər verilmişdir. Bu tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublikanın ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87 faizi ötmüşdür.

Sahibkarlığın inkişafı yeni istehsal və xidmət sahələrinin fəaliyyətə başlamasına, iş yerlərinin açılmasına, əhalinin maddi rifah halının yaxşılaşmasına da təsir göstərir. Cari ilin yanvar ayının 11-də “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi işaxtaran vətəndaşların səmərəli məşğulluğunun təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının tələbinə uyğun olaraq peşə hazırlığının təşkili üçün geniş imkanlar açmışdır. Görülmüş işlər nəticəsində 2016-cı ilin ilk 6 ayı ərzində 1811 yeni iş yeri yaradılmışdır ki, onun da 98 faizə qədəri, yaxud 1768-i daimi iş yerləridir.

Maliyyə sabitliyinin və ümumi iqtisadi inkişafın təmin olunmasında nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş sistemlərinin geniş tətbiqi mühüm əhəmiyyətə malikdir. Bu baxımdan 2016-cı il martın 2-də təsdiq olunmuş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da nəzərdə tutulan tədbirlərin icrası maliyyə vəsaitləri dövriyyəsinin sürətlənməsinə, nağd pul kütləsinin daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azalmasına səbəb olub. Ümumiyyətlə, bu tədbirlərin davamı kimi cari ilin iyul ayının əvvəlinədək muxtar respublikanın ticarət və xidmət müəssisələrində 1156 POS-terminaldan istifadə olunmuşdur.

Muxtar respublikanın dünya iqtisadiyyatına inteqrasiyasının mühüm göstəricilərindən olan xarici ticarət dövriyyəsinin həcmi ildən-ilə artır. Cari ilin yanvar-iyun ayları ərzində xarici ticarət dövriyyəsinin həcmi 207 milyon 98 min ABŞ dolları təşkil etmişdir. Ticarət əməliyyatlarının 91 faizi ixracın, 9 faizi isə idxalın payına düşmüşdür.

Həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən birini də təhsil, uşaq və gənclərə qayğı təşkil edir. Son illərdə istifadəyə verilən yüzlərlə məktəb binası, idman obyekti, mədəniyyət müəssisəsi, salınan universitet şəhərcikləri bir məqsədə - ölkəmizin gələcəyinin təminatçıları olan istedadlı, bilikli, sağlam və vətənpərvər nəslin yetişdirilməsinə hesablanıb. Muxtar respublikada 2016-cı ilin ötən dövrü ərzində 1806 şagird yerlik altı tam orta məktəb binası, bir peşə məktəbi istifadəyə verilmişdir. Bir lisey, bir məktəbəqədər, doqquz tam orta, bir orta ixtisas, iki ali təhsil müəssisəsi üçün binaların tikintisi və ya yenidən qurulması davam etdirilir.

İdman və bədən tərbiyəsi gənc nəslin fiziki inkişafında, sağlam böyüməsində, asudə vaxtının səmərəli təşkilində əhəmiyyətli rol oynayır. Muxtar respublikada idmanın maddi-texniki bazası gücləndirilir, gənclərlə iş və idman sahəsində məqsədyönlü tədbirlər görülür. Həyata keçirilən tədbirlərin, yaradılan infrastrukturun nəticəsidir ki, bu gün muxtar respublika müxtəlif beynəlxalq səviyyəli yarışlara ev sahibliyi edir. İdmançılarımız beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər.

Cari ilin ötən dövrü ərzində əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində də işlər davam etdirilib. Səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası diqqət mərkəzində saxlanılıb. Belə ki, üç həkim ambulatoriyası, üç feldşer-mama məntəqəsi üçün yeni binalar istifadəyə verilmişdir. Kadr hazırlığı və səhiyyə obyektlərinin müasir avadanlıqlarla təchiz olunması sahəsində tədbirlər davamlı xarakter almışdır.

Ötən dövr Naxçıvan tarixinin öyrənilməsi, tədqiqi və təbliği ilə bağlı tədbirlərlə də yadda qalıb. Üç cildlik “Naxçıvan tarixi” kitabı nəşr olunmuş, muxtar respublikanın tarixi ilə bağlı ölkə arxivlərində yeni sənədlər aşkar olunaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinə təhvil verilmişdir.

Tarixin öyrənilməsi ilə yanaşı, bu tarixi özündə yaşadan abidələrin bərpası da diqqətdən kənarda qalmamışdır. Xalqımızın mübarizlik və vətənpərvərlik əzmini özündə əks etdirən, əyilməzlik simvoluna çevrilən Əlincəqalada bərpa işləri başa çatdırılmış, burada “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi yaradılmışdır. Naxçıvan memarlığının nadir incilərindən sayılan Gülüstan türbəsi elmi və tarixi əsaslarla bərpa olunmuş, Qarabağlar Türbə Kompleksində bərpa işlərinin aparılmasına başlanmışdır. “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçirilmişdir ki, bu da Azərbaycan tarixinin öyrənilməsinə mühüm töhfədir.

Naxçıvan təkcə tarixi abidələri ilə deyil, həmçinin ziyarətgahları, dini-mədəni abidələri ilə də məşhurdur. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi Şərur rayonundakı “İmamzadə” dini-tarixi abidəsində bərpa və yenidənqurma işləri aparılaraq başa çatdırılmışdır.

Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının istifadəyə verilməsi və abidəsinin ucaldılması dahi rəssamın şəxsiyyətinə və yaradıcılığına böyük ehtiramın ifadəsidir. Cari ilin may ayında “Naxçıvan-bəşəriyyətin beşiyi” 3-cü Beynəlxalq Rəsm Festivalının keçirilməsi də muxtar respublikada rəssamlıq sənətinin inkişafının daha bir göstəricisidir.

Muxtar respublikanın blokada şəraitində yaşaması, işğalçı ölkə ilə sərhəddə yerləşməsi ordu quruculuğu sahəsində tədbirlərin gücləndirilməsinin əhəmiyyətini artırır. Ordu birləşmə və hissələrinin döyüş qabiliyyəti və maddi-texniki bazası möhkəmləndirilmiş, hərbi qulluqçuların mənzil şəraiti yaxşılaşdırılmış, dörd şəhid ailəsi və sağlamlıq imkanları məhdud iki Azərbaycan Vətən Müharibəsi iştirakçısı yeni mənzillərlə təmin olunmuşdur.

İqtisadi sahədə dinamik inkişafın qorunub saxlanması, məşğulluq səviyyəsinin yüksəldilməsi, əhali arasında hüquq maarifinin, profilaktik tədbirlərin düzgün təşkili hesabına cinayətkarlıq halları artmamışdır.

Sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan uğurlar, yeni iş yerlərinin açılması, əhalinin rifah halının yaxşılaşması məskunlaşmaya və bununla yanaşı demoqrafik vəziyyətə də müsbət təsir göstərmiş, muxtar respublika əhalisi artaraq 446 min nəfəri ötmüşdür.

Sosial-iqtisadi inkişafa öz töhfəsini verənlərin əməyi həmişə olduğu kimi, bu il də qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 31 nəfər Azərbaycan Respublikasının müxtəlif orden, medal və fəxri adları ilə təltif olunmuş, iki nəfərə ali hərbi rütbə verilmiş, bir nəfər Prezident təqaüdünə, doqquz nəfər Prezident mükafatına layiq görülmüşdür. Həmçinin altı nəfərə Naxçıvan Muxtar Respublikasının fəxri adları verilmişdir.

İlk 6 ayın yekunları onu deməyə əsas verir ki, 2016-cı ildə bundan əvvəlki ilə nisbətən daha yaxşı nəticələr qazanılacaqdır. Bunun üçün isə hər bir dövlət orqanı və qulluqçusu, hər bir vətəndaş üzərinə düşən işin öhdəsindən layiqincə gəlməli, muxtar respublikanın və Azərbaycanımızın gələcəyi naminə məhsuldar və səmərəli işləməliyik.

Sağ olun!

Sessiyada Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov çıxış edərək deyib ki, 2016-cı ilin ilk 6 ayı ərzində muxtar respublikada dinamik inkişaf qorunub saxlanıb. Cari ilin əvvəlindən əsas kapitala yönəldilən investisiyalar 0,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 5,6 faiz, informasiya və rabitə xidmətləri 3,6 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,6 faiz, əhaliyə göstərilən pullu xidmətlər 3,9 faiz, ixracın həcmi 2,1 faiz, əhalinin gəlirləri 2,1 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 2,9 faiz artıb. Muxtar respublikada iqtisadi və sosial sahələrdə infrastrukturun yenilənməsi məqsədilə cari ilin ilk 6 ayı ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala 529 milyon 512 min manat həcmində investisiya yönəldilib ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 0,3 faiz çoxdur. Cari ilin əvvəlindən muxtar respublikada tikinti və ya əsaslı təmirdən sonra ümumilikdə, 95 obyekt istifadəyə verilib, hazırda iqtisadi və sosial sahələrdə 130 müxtəlif təyinatlı obyektin tikintisi və ya yenidən qurulması davam etdirilir. Səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsini yaxşılaşdırmaq məqsədilə 6 kənd mərkəzi istifadəyə verilib. Hazırda 10 kənd mərkəzinin inşası davam etdirilməkdədir.

Qeyd olunub ki, muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə cari ilin ötən dövrü ərzində 1 istixana təsərrüfatı yaradılıb, 1 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılıb. Hazırda tutumu 400 ton olan 2 soyuducu anbarın yaradılması və 1 istixana təsərrüfatının genişləndirilməsi davam etdirilir. Cari ilin ötən dövrü ərzində bitkiçilik sahəsi ilə yanaşı heyvandarlıq da inkişaf edib, 6 yeni heyvandarlıq təsərrüfatı yaradılıb. İyul ayının əvvəlinə qaramalın sayı 118 min baş, xırdabuynuzlu heyvanların sayı isə 740 min baş təşkil edib ki, bu da bir il öncəki göstəriciləri müvafiq olaraq 1,7 və 2,4 faiz üstələyib. Ötən dövrdə muxtar respublikadan kənara 39 milyon ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olunub. Muxtar respublikada meliorasiya-irriqasiya sistemləri də davamlı qaydada yeniləşdirilib, 6 subartezian quyusu tikilib və ya bərpa olunub, 8 kəhriz təmir edilib. Muxtar respublikada aparılmış məqsədyönlü tədbirlər informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarını daha da genişləndirib. Görülmüş işlərin nəticəsidir ki, bu gün muxtar respublikanın yaşayış ərazilərinin 98 faizində genişzolaqlı internet, 83 faizində simsiz internet xidmətləri təşkil edilib, yaşayış ərazilərinin 100 faizində isə rəqəmsal televiziyanın yayımı təmin edilib. Hazırda ümumi nömrə tutumunun 60 faizini yeni nəsil telekommunikasiya sistemi təşkil edir.

Kamal Cəfərov deyib ki, qəbul edilən dövlət proqramlarının uğurlu icrası və həyata keçirilən digər mühüm tədbirlər səmərəli məşğulluğun təmin olunmasına geniş imkanlar yaratmaqdadır. Hazırda muxtar respublikada mülki sektorda 94 min nəfərdən artıq əhali stabil əməkhaqqı təminatı ilə işləməkdədir. 2016-cı ilin yanvar-iyun ayları ərzində muxtar respublikanın istehlak bazarında əhaliyə 662 milyon manatdan artıq həcmdə istehlak malları satılıb və pullu xidmətlər göstərilib ki, bu da bir il öncəki göstəricidən 1,7 faiz çoxdur. Pərakəndə ticarət dövriyyəsində yerli məhsulların payına və hər bir nəfərə düşən pərakəndə əmtəə dövriyyəsinin həcminə görə Naxçıvan Muxtar Respublikası ölkə üzrə ilk yerlərdə təmsil olunur. Muxtar respublikada ümumi inkişafa uyğun olaraq bank sektoru da inkişaf edib. 1 iyul 2016-cı il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 57 min 774-ə çatıb ki, bunun da 51 min 436-sı və ya 89 faizi aktiv hesablardır. Cari ilin ötən dövrü ərzində bütün sığorta növləri üzrə daxilolmalar isə 2 milyon 922 min 300 manat təşkil edib.

Sessiyanın gündəliyinə daxil edilmiş ikinci məsələ ilə əlaqədar çıxış edən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında məlumat verərək deyib ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2015-ci ildə bütün mənbələr hesabına 69 milyon manat proqnoza qarşı 73 milyon 766 min 684 manat vəsait daxil olub, tapşırıq 106,9 faiz icra olunmuşdur. Bu, nəzərdə tutulan məbləğdən 4 milyon 766 min 684 manat çoxdur. 2015-ci ildə büdcə daxilolmalarının 85,6 faizi Vergilər Nazirliyi, 11,8 faizi Dövlət Gömrük Komitəsi tərəfindən, 2,6 faizi isə büdcə təşkilatlarının ödənişli xidmətləri vasitəsilə təmin edilib. Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri isə 2015-ci ildə 366 milyon 700 min manat təyinata qarşı 366 milyon 602 min 965 manat və ya 99,9 faiz icra olunub.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2016-cı ilin birinci yarımilində bütün mənbələr hesabına 31 milyon 532 min manat proqnoza qarşı 34 milyon 858 min 383 manat və ya 110,5 faiz icra olunmaqla 3 milyon 326 min 383 manat artıq vəsait daxil olub. 2016-cı ilin birinci yarımilində büdcə daxilolmalarının 82,4 faizi və ya 28 milyon 712 min 133 manatı Vergilər Nazirliyi, 13,7 faizi və ya 4 milyon 788 min 293 manatı Dövlət Gömrük Komitəsi, 3,4 faizi və ya 1 milyon 185 min 581 manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxil olub, 172 min 376 manatı və ya 0,5 faizi isə digər daxilolmalar vasitəsilə təmin edilib. Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 2016-cı ilin birinci yarımilində 168 milyon 947 min 480 manat təyinata qarşı 168 milyon 620 min 215 manat və ya 99,8 faiz icra olunub.

Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul olunub.

Gündəlikdə duran üçüncü məsələnin müzakirəsi zamanı qeyd olunub ki, Azərbaycan Respublikasının 2016-cı il 15 aprel tarixli Konstitusiya Qanunu ilə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilib. Dəyişikliyə əsasən müvəkkilin və onun aparatında yaradılan preventiv qrupun baş çəkdiyi - saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərin sırasına qanunsuz miqrantların saxlanılması mərkəzi də əlavə edilib. Qeyd olunanlar nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası “İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi hazırlanıb.

Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)” haqqında Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikası Qanunu qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirib, Milli Mətbuat Günü münasibətilə mətbuat işçilərini təbrik edib.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış üçüncü sessiyası öz işini başa çatdırıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir