BETON BƏND TİKİLİR
Göyçay şəhərini eyniadlı çayın sel sularından mühafizə etmək məqsədi ilə 260 metr uzunluğunda tikilən beton bənddə işlər aprel ayınadək başa çatdırılacaqdır.
Rayon icra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bəndin çəkilişi Avropa Komissiyasının Azərbaycana ayırdığı yardım hesabına maliyyələşdirilmişdir. Tikinti işlərini tenderdə qalib gəlmiş 7 nömrəli Bakı təmir-tikinti idarəsi aparır. Bu bənd baş verə biləcək daşqın təhlükəsindən şəhərin mühafizəsinə xeyli kömək göstərəcəkdir.