MƏDƏNİYYƏT
Bettani Hyuz: Azərbaycanın təbiətindən ilhamlandım və bu diyarın tarixini araşdırmaq qərarına gəldim
Bakı, 30 sentyabr, AZƏRTAC
Dünyanın mədəni irsi haqqında çəkilişlər edirəm. Mən insanlar tərəfindən yaradılan yerləri paylaşıram. Həmçinin Azərbaycanın təbiəti çox gözəldir.
AZƏRTAC xəbər verir ki, bunu “Dünya xəzinələri - Azərbaycan” filminin müəllifi, tarixçi, yazıçı, aparıcı və məşhur “Dünya xəzinələri” sənədli filmlər silsiləsinin ssenari müəllifi və təqdimatçısı professor Bettani Hyuz jurnalistlərə müsahibəsində söyləyib.
“Biz dünyanın ortaq tarixinə də nəzər salırıq”, - deyən professor Bettani Hyuz insanlığın ən gözəl xüsusiyyətlərinin əməkdaşlıq, davamlılıq, mədəniyyət və tarixin çiçəklənməsi olduğunu qeyd edib.
“Azərbaycana ilk dəfə 5 il əvvəl gəldim. Lakin sonra səyahət edə bilmədim. Mən bu diyarın təbiətindən ilhamlandım. Bilirdim ki, buraya geri dönməli və Qafqazla Xəzərin arasında yerləşən bu gözəl yerin tarixini daha da araşdırmalıyam”, - deyən Bettani Hyuz filmi izləyənlərin də onun kimi ilhamlanacağına ümidvar olduğunu bildirib.