MƏDƏNİYYƏT
Beyləqanda dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr olunmuş kitab sərgisi açılmışdır
Beyləqan, 10 oktyabr (AZƏRTAC). Beyləqan Rayon Mədəniyyət və Turizm Şöbəsi və mərkəzləşdirilmiş kitabxana sisteminin təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş kitab sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, şəhərin mərkəzindəki mədəniyyət və istirahət parkında keçirilən sərgidə çıxış edənlər ölkəmizin müstəqillik qazanmasından, son 20 ildə keçdiyi çətin və şərəfli yoldan, müasir Azərbaycan dövlətçiliyinin qurulmasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışlar.
Sərgidə “Müstəqil Azərbaycan Respublikası - 20”, “Ümummilli lider Heydər Əliyev”, “İlham Əliyev müstəqil Azərbaycanın qarantıdır” mövzularında kitablar, habelə Azərbaycan şair və yazıçılarının seçilmiş əsərləri, uşaq nəşrləri, beyləqanlı şair və yazıçıların kitabları nümayiş etdirilmişdir.
Tədbirdə ibtidai sinif şagirdlərinə kitablar hədiyyə edilmişdir.