REGİONLAR
Beyləqanda naməlum heyvan skeleti tapılıb
Beyləqan, 5 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Beyləqan rayonunun Aşıqalılar kəndində fərdi yaşayış evinin zirzəmisindən naməlum heyvan skeleti tapılıb. Kənd sakini Qəhrəman Mehdiyevin evində aşkar edilən skeletin uzunluğu 30 santimetrdir.
Beyləqan rayon baytarlıq idarəsinin rəisi Nizami Bayramov AZƏRTAC-a bildirib ki, skeletin iki arxa ətrafı, 14 cüt qabırğası, 7 boyun, 14 döş, 7 bel, 9 büzdüm fəqərəsi var. Qabaq ətrafları isə yoxdur. Kəllə sümüyündə göz çuxurları çox böyükdür. Köpək dişlərinin digər dişlərə nisbətən yaxşı inkişaf etməsi onun yırtıcı olduğunu deməyə əsas verir.
Heyvan skeletinin qəribə görünüşü sakinlərin marağına səbəb olub. Naməlum heyvanın skeletinə baxanlar onun hansı heyvana aid olduğunu müəyyən edə bilmirlər.