Beyləqanda yeni meşələr salınır
Beyləqan, 4 noyabr (AZƏRTAC). Beyləqan rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır.
Beyləqan rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin yaz mövsümündə 30 hektar sahədə yeni meşələr salınmış, 75 hektar meşədə bərpa işləri aparılmışdır. Kökləndirmək üçün 1 hektar sahədə 50 min qələm basdırılmış, 3 hektar sahədə 120 min sərv və digər enliyarpaqlı ağaclardan ibarət böyütmə sahəsi yaradılmışdır. 3,1 hektar sahədə tinglik səpilmiş, 243 kiloqram toxum tədarük edilmişdir.
Noyabrın 1-dən yeni meşə əkinlərinə başlanılmışdır. İlin sonunadək daha 70 hektar sahədə palıd, qarağac, göyrüş, akasiya və digər ağac cinslərindən ibarət yeni meşələrin salınması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.11.2026 [16:10]
COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO
- 09.11.2026 [12:12]
Sabah hava əsasən yağmursuz keçəcək
- 09.11.2026 [10:37]
Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA
Vyanada Zəfər Günü qeyd olunub
- [17:49]
Dohada Zəfər Günü qeyd olunub
- [16:37]
Zəfər Günü Tallində qeyd olunub
- [15:44]
Brüsseldə Zəfərdən danışılıb
- [14:21]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
- [11:17]
Birjalarda neft bahalaşıb
- [08:37]