Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırmaq istərdim. Eyni zamanda, Azərbaycanın qazandığı bütün uğurlar, o cümlədən idman sahəsində əldə etdiyi nailiyyətlər münasibətilə Sizi təbrik edirəm.

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar diləyirəm.

Dərin hörmətlə,

 

Marius Vizer

Beynəlxalq Cüdo Federasiyasının prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin