Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Beynəlxalq əlaqələrin etibarlı ünvanı
Aslan Aslanov: «Beynəlxalq əlaqələrinin genişlənməsi AzərTAc-ın dəqiq və etibarlı informasiya mənbəyi kimi məsuliyyətini artırır»

Bu il iyunun 2-də Bakıda AZƏRTAC-ın təşkilatçılığı ilə Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclası keçirilib. 2016-cı ildə AZƏRTAC-ın ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq məqsədi daşıyan iclasda qlobal məkanda informasiya siyasətini müəyyənləşdirən xəbər agentlikləri alyanslarının, aparıcı informasiya qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. Bu fakt bir daha sübut edir ki, son illər Azərbaycanın dünyada nüfuzunun daha da artması, mövqelərinin möhkəmlənməsi qlobal informasiya məkanına çıxmış AZƏRTAC-ın beynəlxalq əlaqələrinin coğrafiyasının genişlənməsinə əhəmiyyətli təsir göstərib. Məhz bunun nəticəsində dünyanın aparıcı xəbər agentlikləri AZƏRTAC ilə əməkdaşlığa maraq göstərir, agentlik media ilə bağlı ən mötəbər beynəlxalq tədbirlərə dəvət olunur, həmçinin regional və beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edir.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov “Kaspi” qəzetinə müsahibəsində rəhbərlik etdiyi agentliyin beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlardan danışıb.

Dünya informasiya məkanına daha sürətlə inteqrasiya

- Aslan müəllim, 2016-cı ildə Dünya Xəbər Agentliklərinin V Konqresinə Azərbaycanın ev sahibliyi etməsi və bu quruma AZƏRTAC-ın sədrliyi haqqında qərarın qəbul olunmasını necə qiymətləndirirsiniz?

- AZƏRTAC-ın beynəlxalq əlaqələr sahəsində qazandığı diqqətəlayiq uğurlardan biri 2013-cü il noyabrın 20-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində keçirilən Dünya Xəbər Agentliklərinin IV Konqresində əldə edilib. Dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA, ULAN xəbər alyanslarının, SKY Nyus Arabia, Los-Anceles Tayms, Guardian, BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərlərinin iştirak etdikləri Konqresdə səsvermə nəticəsində 2016-cı ildə Dünya Xəbər Agentliklərinin V Konqresinə Azərbaycanın ev sahibliyi etməsi və 2016-2019-cu illərdə bu quruma AZƏRTAC-ın sədrliyi haqqında qərar qəbul olunub. Bu, Azərbaycana və onun milli agentliyinə qlobal media məkanında yüksək etimad kimi qiymətləndirilə bilər.

Bu il iyunun 2-də isə Bakıda AZƏRTAC-ın təşkilatçılığı ilə Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclası keçirilib. İclas 2016-cı ildə AZƏRTAC-ın ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq məqsədi daşıyıb.

İclasda qlobal məkanda informasiya siyasətini müəyyənləşdirən xəbər agentlikləri alyanslarının, aparıcı informasiya qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

İclasda növbəti Konqresin keçiriləcəyi vaxtın, iştirakçıların tərkibinin, tematik çərçivələrin, məruzəçilərin və panel iclaslarının mövzularının müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.

Qeyd edim ki, Şura Konqresin əsas idarəedici orqanıdır və Dünya Xəbər Agentlikləri Konqresinə ev sahibliyi edən agentliklə birgə növbəti Konqresin strukturu və proqramı üçün məsuliyyət daşıyır. Şuranın rəhbər orqanı olan büronun üzvləri Konqresin fəaliyyətdə olan prezidenti, iki keçmiş prezident, baş katib və növbəti Konqresin təşkilat komitəsinin sədridir.

Bütün xəbər agentlikləri Şurada üzv olduqları regional təşkilatlarla, hazırda FANA, EANA, OANA, ULAN və MDB Xəbər Agentlikləri Alyansı vasitəsilə təmsil olunurlar. Associated Press və Thomson Reuters kimi dünya agentlikləri isə Şurada müstəqil şəkildə təmsil oluna bilərlər.

Dünya Xəbər Agentliklərinin birinci Konqresi 2004-cü ildə Rusiyanın Moskva, ikincisi 2007-ci ildə İspaniyanın Estepona, üçüncüsü 2010-cu ildə Argentinanın Buenos-Ayres, dördüncüsü isə 2013-cü ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərlərində keçirilib. Ər-Riyad Konqresindən iki ay əvvəl - 2013-cü il sentyabrın 20-də Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) Moskvada keçirilən XV Baş Assambleyasında AZƏRTAC daha bir mühüm uğur qazanıb.

Mən agentliyin baş direktoru kimi XV Baş Assambleyada səsvermə nəticəsində OANA-nın vitse-prezidenti və ardıcıl olaraq üçüncü dəfə Büro üzvü seçilmişəm. Tədbirdə OANA-nın növbəti Baş Assambleyasının Bakıda keçirilməsi, 2016-2019-cu illərdə bu quruma AZƏRTAC-ın sədrliyi barədə qərar qəbul olunub. Bu qərar da gərgin rəqabət şəraitində keçən səsvermə nəticəsində qəbul edilib.

Beləliklə, beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun – OANA-nın XVI Baş Assambleyasının və Dünya Xəbər Agentliklərinin V Konqresinin 2016-cı ildə eyni vaxtda Bakıda AZƏRTAC-ın ev sahibliyi ilə keçirilməsi barədə qərarlar agentliyin dünya media məkanında uğurlu fəaliyyətinin nəticəsi kimi dəyərləndirilə bilər. Bu nailiyyətlər AZƏRTAC-ın beynəlxalq əlaqələrinin genişlənməsi, dünya informasiya məkanına daha sürətlə inteqrasiyası baxımından yeni imkanlar açır.

AZƏRTAC – ev sahibi kimi

- Agentliyin uğurlara aparan yolu nə zamandan başlayır?

- AZƏRTAC-ı bu uğurlara aparan yol 2004-cü ildən başlayıb. Həmin il AZƏRTAC nüfuzlu informasiya agentliklərini özündə birləşdirən OANA-ya üzv olub. Bunun sayəsində agentliyin informasiyaları OANA-nın xüsusi saytında yerləşdirilir və onlardan 35 ölkənin 44 informasiya agentliyi istifadə edir. AZƏRTAC-ın OANA-nın saytında il ərzində orta hesabla 12 minə yaxın xəbəri, 1300-dən artıq fotosu və 800-ə qədər videosu yer alır. Hazırda OANA-nın saytında yerləşdirilən informasiyaların, foto və videoların sayına görə AZƏRTAC liderlik edir. 2007-ci il dekabrın 12-də OANA-nın İndoneziyanın paytaxtı Cakartada keçirilən iclasında AZƏRTAC bu qurumun rəhbər orqanı olan İcraiyyə Komitəsinin büro üzvü seçilib.

2008-ci ildə AZƏRTAC-ın Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul olunması agentliyin həyatında ən mühüm hadisələrdən biridir. EANA Baş Assambleyasının Estoniyanın paytaxtı Tallində keçirilən iclasında təşkilatın tədbirdə təmsil olunan 29 üzvündən 26-sı AZƏRTAC-ın namizədliyini dəstəkləyib. Beləliklə, AZƏRTAC postsovet məkanında İTAR-TASS və Ukrinformdan sonra EANA-ya qəbul edilən üçüncü informasiya agentliyi olub.

2010-cu ildə AZƏRTAC daha bir beynəlxalq quruma – İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 40-dan çox xəbər agentliyini özündə birləşdirən Beynəlxalq İslam Xəbərlər Agentliyinə (İİNA) qəbul olunub və qurumun iclaslarında, məsələlərin müzakirəsində, qərarların qəbulunda fəal iştirak edir. Hazırda AZƏRTAC Türkdilli Xəbər Agentlikləri Birliyinə sədrlik edir. 2011-2013-cü illərdə isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasına sədrlik edib.

AZƏRTAC, eyni zamanda, Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (PANİA) təsisçilərindən biridir. Agentliyin baş direktoru kimi mən həm də PANİA-nın büro üzvüyəm.

Bu təşkilatların saytlarında yerləşdirilən xəbərlərin, videoların və fotoların sayına görə də AZƏRTAC ön sıradadır. İl ərzində PANİA-nın saytında agentliyimizin 7 mindən artıq, ANİA-nın saytında isə 13 mindən çox informasiyası yerləşdirilir. Bundan başqa, AZƏRTAC-ın rus dilindəki informasiyaları Çin Xalq Respublikasının Sinxua Agentliyinin internet səhifəsində də yer alır. Nəhəng auditoriyaya malik Sinxuanın saytında hər ay agentliyin 50-dən artıq materialı yayılır. Ümumiyyətlə, AZƏRTAC-ın üzvü olduğu beynəlxalq və regional qurumların elektron resurslarında il ərzində 40 minə yaxın xəbəri, 3 minə qədər fotosu və mindən artıq videosu yerləşdirilir.

Artıq regional və beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edən AZƏRTAC-ın təşkilatçılığı ilə 2008-ci il aprelin 30-u - mayın 3-də Bakıda Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) Baş Məclisinin VII iclası, həmin il sentyabrın 1-4-də isə OANA İcraiyyə Komitəsinin “Qloballaşan dünyada informasiya hamı üçün” mövzusunda 30-cu iclası keçirilib. İlk dəfə olaraq dünyanın 20-dən çox ölkəsindən ən nüfuzlu xəbər agentliklərinin rəhbərləri və yüksək vəzifəli təmsilçiləri AZƏRTAC-ın təşəbbüsü ilə respublikamıza gəlmişdilər. Azərbaycanın ictimai həyatında mühüm hadisə olan bu toplantının əhəmiyyəti həm də onda idi ki, OANA və EANA-nın tarixində ilk dəfə olaraq bu qurumların rəhbərləri tədbirə birgə qatılmışdılar. Şərq və Qərb ölkələrinin aparıcı informasiya agentliklərinin rəhbərlərini bir araya gətirmək sahəsində AZƏRTAC-ın  uğurla nəticələnən bu  təşəbbüsü iclas iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Bu siyahıya 2013-cü il fevralın 25-də Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının Bakıda AZƏRTAC-ın ev sahibliyi ilə keçirilmiş XVI iclasını da əlavə etmək olar.

Ən etibarlı mənbə

- Agentliyin xarici ölkələrdəki müxbir məntəqələrinin fəaliyyəti barədə nə deyə bilərsiniz?

- AZƏRTAC-ın xarici ölkələrdəki müxbir şəbəkələrinin coğrafiyası da ildən-ilə genişlənir. Hazırda agentliyin 21 ölkədə - ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Avstriya, İspaniya, İtaliya, Çin, Yaponiya, İsveç, Rumıniya, Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Özbəkistan və Türkmənistanda müxbir məntəqələri fəaliyyət göstərir. Hazırda dünyanın tanınmış xəbər agentlikləri AZƏRTAC ilə əməkdaşlığa böyük maraq göstərir. AZƏRTAC 100-ə qədər ölkənin informasiya agentlikləri ilə çox səmərəli əlaqələr qurub və 30-dan artıq ölkənin milli informasiya agentlikləri ilə müqavilələr imzalayıb. Daha bir neçə ölkənin informasiya agentlikləri ilə müqavilələrin imzalanması istiqamətində fəal iş aparılır.

Beynəlxalq əlaqələrinin genişlənməsi, eyni zamanda, təbii olaraq AZƏRTAC-ın dəqiq və etibarlı informasiya mənbəyi kimi məsuliyyətini artırır. Vaşinqtonda fəaliyyət göstərən Vudro Vilson Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin Qlobal Avropa proqramının mərhum müşaviri Aleksandros Pitersonun ötən il AZƏRTAC-da olarkən dediklərini xatırlamaq yerinə düşür: “ABŞ-da siyasətçilər və elmi tədqiqatçılar Azərbaycan həqiqətləri haqqında xəbərləri ən etibarlı mənbə kimi AZƏRTAC-dan əldə edirlər”.

Etibarlı mənbə məsələsinə dair ən yeni bir misal da çəkmək olar: Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçirilən iclası çərçivəsində mayın 30-da AZƏRTAC ilə Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyi (SPA) arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Dünya Xəbər Agentlikləri Konqresinin sədri, SPA-nın prezidenti Abdullah bin Fəhd əl-Hüseyn sənədi imzalayarkən: “Bu sənəd agentliklərimiz arasında informasiyanın bütün kontentləri üzrə daha fəal mübadilə aparmağa imkan verəcəkdir. Bizim agentlik Azərbaycan haqqında xəbərləri təkcə Səudiyyə Ərəbistanında deyil, bütün ərəb dünyasında yayacaqdır. Bu işdə AZƏRTAC Səudiyyə Press Agentliyi üçün əsas və ən etibarlı istinad mənbəyi olacaqdır”- deyə bildirib.

Argentinanın “TELAM” Agentliyinin institusional əlaqələrin inkişafı üzrə meneceri, Latın Amerikası Ölkələri İnformasiya Agentlikləri Birliyinin (ULAN) sədri Jan Manuel Fonruj isə iyunun 3-də AZƏRTAC-da keçirilən görüşdə xüsusi vurğulayıb: “Bu yaxınlarda “TELAM” Agentliyinin yeni “ANSUR” informasiya portalı fəaliyyətə başlayacaqdır. Portalda Azərbaycan bölməsi də fəaliyyət göstərəcəkdir. Bölmədə Azərbaycan ilə bağlı ən son yeniliklər ispan, ingilis və portuqal dillərində veriləcəkdir. Hətta xəbərlərin Azərbaycan dilində də verilməsi nəzərdə tutulur. Biz etibarlı mənbə kimi AZƏRTAC-a inanırıq”.

Təranə Məhərrəmova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir