Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Beynəlxalq İdman Atıcılığı Federasiyasının prezidenti Vladimir Lisindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident Əliyev.

Doğum gününüz münasibətilə dünya idman atıcılığı ictimaiyyətinin adından Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizə yaşadığımız hazırkı çətin dövrdə çox vacib olan möhkəm cansağlığı və xoş əhval-ruhiyyə arzulayıram. İnanıram ki, qarşıdan gələn ildə Azərbaycan idmançılarının beynəlxalq arenada qazanacaqları nailiyyətlər Sizə və gözəl respublikanızın bütün vətəndaşlarına sevinc bəxş edəcəkdir.

Beynəlxalq İdman Atıcılığı Federasiyasının 2021-ci ildə Bakıda keçirməyi planlaşdırdığı tədbirlər zamanı Sizinlə görüşəcəyimizə ümidvaram.

Ən xoş arzularla,

 

Vladimir Lisin

Beynəlxalq İdman Atıcılığı Federasiyasının prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin