BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyi, Danimarka Qaçqınlar Şurası və Umidli Gələcək Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə oktyabrın 8-də Bakı Biznes Mərkəzində “Sülh mədəniyyəti və münaqişələrin həlli istiqamətində tədrisin inkişafı” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.
Konfransda indiki mərhələdə qaçqın və köçkün məktəblərində sülh mədəniyyətinin tədris olunmasının əhəmiyyətindən danışılacaq, mövzu ətrafında müzakirələr aparılacaqdır.