ELM VƏ TƏHSİL
Beynəlxalq konfransda Azərbaycanda üzvi tullantıların təkrar emalı ilə bağlı məruzə dinlənilib
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev Türkiyənin paytaxtı Ankarada “Natural-2019” Beynəlxalq Avrasiya konfransında iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Əlövsət Quliyev konfransın “Torpaq, su ehtiyatları və gübrələmə” bölməsində “Üzvi tullantıların təkrar emalı və Azərbaycanın kənd təsərrüfatında istifadə vəziyyəti” mövzusunda məruzə ilə çıxış edib.
“Doğal-2015” zirvəsinin 5-ci ildönümü ilə əlaqədar kənd təsərrüfatı və təbii qidalanmaya həsr edilmiş konfrans iştirakçı ölkələr arasında elmi əlaqələrin yaranmasına, möhkəmlənməsinə və gələcək əməkdaşlığa zəmin yaradıb.