CƏMİYYƏT
Beynəlxalq konfransın iştirakçıları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər
Bakı, 16 sentyabr, AZƏRTAC
Auditorlar Palatasının 25 illik yubileyi münasibətilə “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçıları sentyabrın 16-da Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.