Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti Doktor İsmayıl Safidən

Zati-aliləri,

Doğum gününüz münasibətilə Sizə Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondu adından səmimi təbriklərimizi çatdırır, möhkəm cansağlığı, rifah və fəaliyyətinizdə uğurlar arzulayırıq.

Sizin fəal mövqeyiniz və yüksək peşəkarlıqla birləşən heyrətamiz enerjiniz, münasibətlərdə insani keyfiyyətləriniz və səmimiyyətiniz sülhün möhkəmləndirilməsi, qarşılıqlı anlaşma və sabitlik uğrunda çalışan bütün xalqların hörmət və ehtiramına layiqdir. Sizə ali dövləti fəaliyyətinizdə, Azərbaycan xalqının mənafeyi naminə bütün plan və təşəbbüslərinizin həyata keçirilməsində uğurlar arzulayırıq.

Zati-aliləri, doğum gününüz münasibətilə ən xoş arzularımızı qəbul etməyinizi və Sizə ən yüksək ehtiramımıza əmin olmağınızı xahiş edirik.

Hörmətlə,

Doktor İsmayıl Safi

Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin