MƏDƏNİYYƏT
Beynəlxalq Rəqs Gününün əsas tədbirinə Çin ev sahibliyi edəcək
Bakı, 24 aprel, AZƏRTAC
Beynəlxalq Rəqs Gününün əsas tədbiri aprelin 29-da Çinin Şanxay şəhərində təşkil ediləcək. Həmçinin aprelin 27-dən 29-dək Şanxayda Beynəlxalq Rəqs Günü Sammiti keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Rəqs Gününün saytında yer alıb. Builki tədbirin mövzusu “Birlikdə rəqs edək” adlanır.
Beynəlxalq Rəqs Günü 1982-ci ildə UNESCO-nun ifa sənəti üzrə tərəfdaşı olan Beynəlxalq Teatr İnstitutunun Rəqs Komitəsi tərəfindən təsis edilib. Məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir. Bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin (1727-1810) anadan olduğu gündə qeyd edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]