ELM VƏ TƏHSİL
Beynəlxalq türk dünyası ictimai elmlər konqresinin növbəti toplantısı Türkmənistanda olacaq
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) ev sahibliyi etdiyi XIII Beynəlxalq türk dünyası ictimai elmlər konqresi işini başa çatdırıb.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, dünyanın 12 ölkəsindən elm adamlarını, həmçinin ali məktəb rektorlarını bir araya gətirən konqresə 230 elmi iş təqdim olunub. İctimai elmlər sahəsində özünəməxsus yeri olan ənənəvi tədbir üç gün davam edib.
Konqresin bağlanışında müzakirə edilən elmi məqalələrin kitab şəklində çap olunacağı və beynəlxalq tədbirin növbəti toplantısının 2016-cı ildə Türkmənistanda keçiriləcəyi qərara alınıb.
Sonda iştirakçılar tədbirin yüksək səviyyədə təşkilinə görə ADİU-nun kollektivinə minnətdarlıq ifadə ediblər.