Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından səmimi-qəlbdən təbrik edir, Zati-alinizə ən xoş arzu və diləklərimizi çatdırıram.

Sizin geniş dünyagörüşünüz və müdrik liderliyiniz nəticəsində Azərbaycan beynəlxalq aləmdə, o cümlədən Türk dünyasında sürətlə inkişaf edən, getdikcə söz sahibi olan daha qüdrətli bir ölkəyə çevrilib. Bu gün Azərbaycan Sizin uzaqgörən rəhbərliyinizlə cəmiyyət həyatının bütün sahələrinin müasirləşdirilməsi yolunda ardıcıl və dinamik surətdə irəliləyir.

Sizin yenilməz iradəniz, cəsarətli siyasətiniz nəticəsində Azərbaycanın öz əzəli torpaqlarına yenidən qovuşması tarixdə yeni, misilsiz uğur olmaqla yanaşı, regionda sülhün və sabitliyin bərqərar olmasının göstəricisidir. Yenidən doğma Qarabağ torpaqlarında Azərbaycanın şanlı Bayrağının dalğalanması Sizin Vətənə olan sonsuz sevginizin və sədaqətinizin əyani sübutudur.

Bu gün Azərbaycanın əldə etdiyi uğurlar ümumilikdə bütün Türk dünyasının uğurudur. Zati-alinizin təşəbbüsü ilə yaradılan, türkdilli xalqların tarixinin, maddi-mənəvi irsinin qorunması, araşdırılması və təbliği istiqamətində fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu yolda Azərbaycanla birlikdə addımlamaqdan şərəf duyur. Fondun hər zaman Azərbaycanın yanında olduğunu bildirməkdən böyük fəxarət hissi duyduğumuzu qeyd etmək istəyirik.

Sizə möhkəm cansağlığı, ailə həyatınızda xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Bu xoş fürsətdən istifadə edərək Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirik.

Dərin hörmətlə,

Günay Əfəndiyeva

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin