Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı, akademik Albert Lixanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Beynəlxalq Uşaq Fondları Assosiasiyası adından ən səmimi təbriklərimi qəbul edin.

Dövlət başçısı kimi ali vəzifəyə yenidən seçilməyiniz ölkənin inkişafı üçün Sizin seçdiyiniz yola Azərbaycan xalqının hədsiz etimadının əlamətidir. Ümidvarıq ki, uşaqların müdafiəsi məsələlərində bizim çoxdankı əlaqələrimiz nəinki davam etdiriləcək, həm də daha sıx və səmərəli olacaq.

Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycan xalqına, xüsusən onun uşaqlarına sülh və firavanlıq arzu edirik.

Hörmətlə,

 

Albert Lixanov

Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti,

yazıçı, akademik

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin