Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının Nizamnaməsində nəzərdə tutulan milli orqanın müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının 1955-ci il iyulun 15-də qüvvəyə minmiş Nizamnaməsinin 7-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan milli orqan qismində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci bəndində göstərilən milli orqan barədə Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının Baş katibinə müvafiq bildiriş göndərsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2014-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin