Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Gülnarə Arif qızı Salmanova 24 saylı Nizami birinci, Vüqar Binnət oğlu Nəsibov 25 saylı Nizami ikinci, Sürəyya Nağı qızı Əzimova 27 saylı Sabunçu ikinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Anar Natiq oğlu Cavadov 9 saylı Binəqədi ikinci, Hilalə Rahim qızı Həsilova 24 saylı Nizami birinci, İbrahim Ənvər oğlu Rüstəmov 25 saylı Nizami ikinci, Şəhla Rasim qızı Qurbanova 27 saylı Sabunçu ikinci, Sürəyya Nağı qızı Əzimova 29 saylı Sabunçu dördüncü, Gülnarə Arif qızı Salmanova 35 saylı Xətai üçüncü, Vüqar Binnət oğlu Nəsibov 50 saylı Abşeron üçüncü seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr      Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin