RƏSMİ SƏNƏDLƏR
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
İsrafil Məhəmməd oğlu Əliyev 9 saylı Binəqədi ikinci, Qədir Kərim oğlu Məmmədov 16 saylı Yasamal ikinci, Samir Həsən oğlu Həmzəyev 120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov