Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bəzi Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Elmir Ədilağa oğlu Zərbaliyev 59 saylı Salyan, Oruc Rəşid oğlu Rüstəmov 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Səməd Məmməd oğlu Əhmədov 43 saylı Sumqayıt üçüncü, Aftandil Rzalı oğlu İsayev 59 saylı Salyan, Sirus Elman oğlu Teymurlu 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin