Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Vilayət Avaz oğlu Əmirov 30 saylı Suraxanı birinci, Rafael Vəli oğlu Mehdiyev 34 saylı Xətai ikinci, Ramiz Ziyad oğlu Teymurov və Yavər İsrəfil oğlu Məmmədov 84 saylı Füzuli, Əlirəmzi Bağı oğlu Məhərrəmov 89 saylı İsmayıllı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Namilə Tahirovna Hacıyeva 23 saylı Nəsimi–Səbail, Nadir Safalan oğlu Tağıyev 30 saylı Suraxanı birinci, Vilayət Avaz oğlu Əmirov 34 saylı Xətai ikinci, Əliabas Məmmədsadıq oğlu Şükürov 65 saylı Salyan–Biləsuvar–Neftçala, Vüsalə Qədir qızı Cavadova 79 saylı Astara, Firdovsi Şaiq oğlu Fazilov 80 saylı Lerik–Astara, Namiq Hafiz oğlu Kərimov 89 saylı İsmayıllı, Nigar Məhəmməd qızı Zeynalova 92 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin