RƏSMİ SƏNƏDLƏR
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.3.1-ci, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
Sabir Hüseyn oğlu Həsənov 8 saylı Binəqədi birinci, Təvəkgül Misir oğlu Abbasov 83 saylı Ağcabədi - Füzuli seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov