Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“BƏZİ FƏALİYYƏT NÖVLƏRİNƏ XÜSUSİ RAZILIQ (LİSENZİYA) VERİLMƏSİ QAYDALARININ TƏKMİLLƏŞDİRİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2002-Cİ İL 2 SENTYABR TARİXLİ 782 NÖMRƏLİ FƏRMANI İLƏ TƏSDİQ EDİLMİŞ “XÜSUSİ RAZILIQ (LİSENZİYA) TƏLƏB OLUNAN FƏALİYYƏT NÖVLƏRİNİN SİYAHISI VƏ HƏMİN FƏALİYYƏT NÖVLƏRİNƏ XÜSUSİ RAZILIQ (LİSENZİYA) VERİLMƏSİNƏ GÖRƏ ÖDƏNİLƏN DÖVLƏT RÜSUMUNUN MƏBLƏĞLƏRİ”NƏ ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı (Azərbaycan Respublikası Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 555; 2003-cü il, № 3, maddə 153, № 10, maddə 570; 2005-ci il , № 2, maddə 69, № 4, maddələr 301, 307, № 8, maddə 721, № 10, maddə 919, № 12 maddələr 1104, 1117; 2006-cı il, № 7, maddə 591, № 9, maddə 743, № 11, maddə 945, № 12, maddə 1057; 2007-ci il, № 6, maddə 618, № 8, maddələr 759, 765, № 10, maddə 943, № 11, maddələr 1098, 1106; 2008-ci il, № 8, maddə 718) ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə aşağıdakı məzmunda 57-ci bənd əlavə edilsin:

57. Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

2200

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
2.1. bu Fərmanın 1-ci bəndində göstərilən fəaliyyət növü üzrə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtləri təsdiq etsin;
2.2. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 dekabr 2008-ci il.
“Biometrik informasiya haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin