BƏZİ MÜƏSSİSƏLƏRİN BORCLARI SİLİNƏCƏK
AZƏRTAC xəbər verir ki, “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında” Qanuna əlavə və dəyişiklik ediləcəkdir. Əlavə və dəyişikliklərdə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq özəlləşməyə çıxarılan və 2003-cü il noyabrın 1-dək özəlləşdirilməsi başa çatan, eləcə də bu prosesi başa çatdırmayan müəssisələrin 2003-cü il noyabrın 1-dək vaxtı ötmüş borclarının silinməsi nəzərdə tutulur. Bu əməliyyat (silinmə) müvafiq icra hakimiyyəti orqanının zəmanəti əsasında verilmiş kreditlər üzrə borclara şamil olunmur.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının məlumatına görə, II Dövlət Proqramına əsasən özəlləşməyə çıxarılmış 981 müəssisədən 421-də bu proses baş tutmuşdur.
Qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.11.2026 [19:59]
İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib
- 08.11.2026 [18:05]
Maliyyə Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib
- 07.11.2026 [13:10]
® “Faiqoğlu” 150 ədəd elektrik avtobusun satınalınması üçün tender elan edib
- 07.11.2026 [10:00]