Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BƏZİ SEÇKİ DAİRƏLƏRİNİN DAİRƏ SEÇKİ KOMİSSİYALARININ TƏRKİBİNDƏ DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLIKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
QƏRARI

Qərar № 9/47

22.04.10

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır :

1. Daşqın Yaqub olu Səfərov 4 saylı Naxçıvan şəhər, Xəyyam Söhrab oğlu Abdullayev 17 saylı Yasamal üçüncü, Heybət Mirzə oğlu Rəfiyev 50 saylı Qobustan – Xızı – Quba, General Maarif oğlu Sadulov 51 saylı Qusar, Əbülfət Ağababa oğlu Bədəlov 60 saylı Salyan – Neftçala, Tamilla Seyranovna Qorçiyeva 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Aygün Nürəddin qızı Muradxan Fərəci 8 saylı Binəqədi birinci, Jalə Şərif qızı Qəribova 17 saylı Yasamal üçüncü, Xəyyam İzayəddin oğlu Nəzərov 50 saylı Qobustan – Xızı – Quba, Cəlil Qeysəddin oğlu İbrahimov 51 saylı Qusar, Qalib Ağahüseyn oğlu Manafov 60 saylı Salyan – Neftçala, Ramil Təyyar oğlu Nəsirov 80 saylı İmişli – Beyləqan, Vüqar İsa oğlu Mürsəlov 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

Sədr Məzahir Pənahov

Katib Natiq Məmmədov

Üzvlər Fuad Cavadov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin