Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bəzi təşkilatlar anladılar ki, subyektiv, qərəzli mövqe nümayiş etdirmək əvəzinə, doğruları görmək və demək lazımdır

Bəzi təşkilatlar anladılar ki, subyektiv, qərəzli mövqe nümayiş etdirmək əvəzinə, doğruları görmək və demək lazımdır

Bakı, 30 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

Təcavüzkar və işğalçı Ermənistan Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini atəşə tutmaqla intensiv terror aktları həyata keçirməkdədir. Ermənistan ordusu beynəlxalq səviyyədə qadağan olunmuş döyüş sursatları tətbiq etməklə oktyabrın 28-də Azərbaycanın Bərdə şəhərini bombardmana məruz qoyub. Düşmənin hücumu nəticəsində azı 21 mülki şəxs həlak olub, 70 nəfər isə yaralanıb. Təəssüflər olsun ki, Ermənistanın törətdiyi terror aktları ilə bağlı dünya ictimaiyyətinin adi bir reaksiyası müşahidə olunmurdu. Bir çox hallarda bir sıra beynəlxalq təşkilatlar növbətçi bəyanatlar səsləndirməklə işlərini bitmiş hesab edirdilər. Başqa sözlə desək, təcavüzə uğramış tərəflə təcavüzkar arasında fərq qoyulmurdu. Təbii ki, törətdiyi qanunsuz əməllərə görə cəzalandırılmayan Ermənistan daha quduzlaşaraq cızığından çıxdı. İşğalçı ölkənin terrorçuluğa xidmət edən hərəkətləri artmağa başladı. Baş verənlər göstərir ki, dövlət siyasətinin əsasında terrorçuluq duran Ermənistan nəinki Azərbaycan üçün, bütün dünya üçün təhlükə mənbəyidir. İndi bəziləri anlayırlar ki, bu ölkənin əməlləri bəşəri dəyərlərə, bəşəriyyətə, insanlığa qarşı yönəlib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu bildirib.

Deputat diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər və bunun fonunda işğalçı ölkənin cəzasızlığı digərləri üçün təhlükəli presedent yaradır. Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi qətliam beynəlxalq təhlükəsizlik sisteminə vurulan ciddi zərbədir. “Belə olan halda, dünya ictimaiyyəti Ermənistanın terrora xidmət edən hərəkətlərinə reaksiya vermək məcburiyyətində qalır. Çünki bu ölkənin Gəncədə, Bərdədə, Tərtərdə törətdiyi əməllər bəşəriyyətə qarşı yönələn cinayətdir. İndiyədək Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqe nümayiş etdirməyən bir çox beynəlxalq təşkilatlar da artıq Ermənistanın terror aktları ilə bağlı fikir bildirirlər. Bu təşkilatlardan “Human Rights Watch” və “Amnesty İnternational”ın adlarını qeyd etmək olar. Həmin təşkilatlar Ermənistanın Azərbaycanın dinc sakinlərinə qarşı kasetli bombalardan istifadə etməsini, dinc insanların ölümünə səbəb olmasını pisləyib”.

E.Mirbəşiroğlu qeyd edib ki, nəhayət, “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatları öz susqunlarını pozdular. Deputatın sözlərinə görə, insan hüquqlarında toxunulmazlıqdan danışan və bunu həyat amalı seçən təşkilatların rəhbərləri artıq anladılar ki, subyektiv, qərəzli mövqe nümayiş etdirmək əvəzinə, doğruları görmək və demək lazımdır.

Ermənistanın əməllərinin təhlükəlilik dərəcəsi o yerə çatıb ki, adıçəkilən təşkilatlar obyektiv mövqe nümayiş etdirməkdən başqa çarələrinin qalmadığını görürlər. Burada söhbət həm də beynəlxalq nüfuzdan gedir.

Ermənistanın bəşəriyyətə qarşı yönələn cinayət əməlləri artıq bütün dünyanı narahat edir. Ermənistanın əməllərini qınayan subyektlərin sayı durmadan artmaqdadır. AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsi tərəfindən də Ermənistanın cinayət əməllərini pisləyən bəyanat qəbul edilib.

“Artıq dünya ölkələrinin əksəriyyəti, bir çox beynəlxalq təşkilatlar Qarabağ münaqişəsi ilə bağlı dolğun məlumata malikdirlər. Eyni zamanda, son bir ayda Gəncədə, Bərdədə, Tərtərdə baş verənlər Ermənistanın təcavüzkar və terrorçu dövlət olduğunu bir daha ortaya qoydu. Baş verənlərlə bağlı həqiqətləri dünyaya çatdırmaq Azərbaycanın diplomatiya və informasiya sahələrində apardığı məqsədyönlü fəaliyyətin nəticəsidir və mühüm strateji əhəmiyyətə malikdir. Bu uğurları Azərbaycan Ordusu döyüş meydanında tamamlayır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çox qısa müddət ərzində böyük uğurlara imza atmışıq və uğurlarımız davam edir. Münaqişənin nizama salınmasının yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu dünyaya sübut etdik”, - deyə Elşad Mirbəşiroğlu fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır