İQTİSADİYYAT
BFB-də İpoteka Fondunun istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə ilk hərrac keçirilib
Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 27-də Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC-nin faizli adlı sənədsiz təmin edilmiş ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə ilk hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərraca çıxarılan istiqrazların (ISIN nömrəsi AZ2010008681) nominal qiymətlə həcmi 10 milyon manat təşkil edib.
İstiqrazların buraxılış şərtlərinə əsasən hərrac qiyməti 1000 AZN təyin edilib. İstiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymətlə 10 milyon AZN təşkil edib. Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilib.
Yerləşdirmənin anderrayteri qismində birja üzvü Paşa Kapital İŞ QSC çıxış edir.
İstiqrazların ödəmə tarixi 06 dekabr 2026-cı ildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]