REGİONLAR
Biləsuvarda yeni süni suvarma sisteminin tətbiqi kənd təsərrüfatında məhsuldarlığın artmasına şərait yaratmışdır
Biləsuvar, 6 fevral (AZƏRTAC). Biləsuvar rayonunda aqrar bölmənin dinamik inkişafı, əkinçiliyin strukturunun təkmilləşdirilməsi məqsədilə yeni süni suvarma sisteminin tətbiqi məhsuldarlığın artmasına səbəb olmuşdur.
AZƏRTAC xəbər verir ki, müasir texnologiyalara əsaslanan, yağmur və damcı üsulu ilə işləyən suvarma qurğular rayonda uzun müddət istifadə olunmayan 7 min hektar sahədə quraşdırılmışdır.
Respublikada ilk dəfə Biləsuvar rayonunda geniş tətbiq edilən süni suvarma sistemləri sudan səmərəli istifadə edilməsi və torpaqların şoranlaşmasının qarşısını almaqla yanaşı, məhsuldarlığa da əsaslı təsir göstərir.
Müasir suvarma sisteminin tətbiqi nəticəsində 2010-cu ildə rayonda 71 min ton şəkər çuğunduru, 48,6 ton bostan və tərəvəz məhsulları istehsal edilmişdir. Bu, 2005-ci illə müqayisədə 3 dəfə çöxdur. Ötən il rayonda taxıl və pampıq istehsalında da artım qeydə alınmışdır.