Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bilik Fondu Şirvan şəhərində silsilə tədbirlər təşkil edib

Bakı, 2 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 1 oktyabr - Beynəlxalq Ahıllar Günü və 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Şirvan şəhərində silsilə tədbirlər keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan tədbirlərdə müvafiq qurumların nümayəndələri, müəllimlər, təqaüddə olan təhsil işçiləri, tələbələr iştirak ediblər.

Bilik Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə nümayəndə heyəti Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovla görüşüb, şəhərdə fondun Bilik Evinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb.

M.Camalov maarifçilik işinin təşkilində icra hakimiyyəti orqanının hər cür dəstək verməyə hazır olduğunu bildirib və Şirvan Bilik Evinin açılması ilə bağlı ilkin razılıq əldə olunub.

İcra başçısı əhalinin maarifləndirilməsi istiqamətində birgə fəaliyyətin səmərəsindən danışıb, Bilik Fondunun bu layihələrə dəstək verməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Bilik Fondunun nümayəndə heyətinin tədris ocağının müəllim və şagird kollektivi ilə görüşü olub.

Görüşdə Şirvan Şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov şəhər rəhbərliyi ilə Fondun yaxından əməkdaşlığının inkişaf etdiyini bildirib.

Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova kollecin müəllimlərini 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, Fondun bölgələrdə həyata keçirdiyi layihələrdən danışıb.

Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyevanın “Gənc nəslin tərbiyəsində və tədrisin keyfiyyətinin artırılmasında müəllimin rolu” mövzusunda mühazirəsi dinlənilib. Mühazirəçi bildirib ki, insanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Müəllimlə şagird arasında səmimi münasibətin dərsin mənimsəmə keyfiyyətinə böyük təsir göstərdiyini deyən S.Əliyeva müəllimlik adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak, özünə və şagirdlərinə qarşı tələbkar, sənətinə ürəkdən bağlı pedaqoqların ölkəmizdə çoxluq təşkil etdiyini diqqətə çatdırıb.

Uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş və hazırda təqaüddə olan müəllimlərlə Şirvan Şəhər Heydər Əliyev Mərkəzində keçirilən görüşdə qocaman müəllimlər gənc nəslin təlim və tərbiyə prosesində qazandıqları təcrübəni bölüşüblər. Təqaüdçü müəllimlər dövlətin təhsil sahəsinə göstərdiyi qayğıdan söz açıblar.

Bilik Fondunun nümayəndələri təqaüddə olan 16 müəllimə təşəkkürnamə və hədiyyələr təqdim ediblər.

Tədbirdə Bilik Fondu və Şirvan Şəhər Heydər Əliyev Mərkəzi arasında əməkdaşlığa dair saziş imzalanıb. Sənədi Fondun informasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova və mərkəzin direktoru Aynur Fərzəliyeva imzalayıblar.

X.Hüseynova təmsil etdiyi qurumun digər rayonlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri ilə əməkdaşlığı barədə məlumat verib.

A.Fərzəliyeva Fondla əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Bilik Fondunun Şirvan rayonu üzrə nümayəndəsi Çingiz Şirəliyev yerli əhalinin təmsil etdiyi qurumun maarifləndirici layihələrinə həvəslə qatıldığını bildirib, bundan sonra da sosial sifariş əsasında müxtəlifyönümlü maarifləndirici tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

Yekun tədbir Şirvan şəhər B.Aslanov adına 16 nömrəli tam orta məktəbdə keçirilib. Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı və mətbuat katibi Ceyhun Musaoğlu şagird və müəllimlərə Bilik Fondunun maarifləndirici layihələrindən danışıblar. “Qardaşlaşmış məktəblər”, “Yazmağı bacaracaqsan”, “İmzalı görüş”, “Ev kitabxanası” və digər layihələr dinləyicilərin marağına səbəb olub.

İştirakçıların layihələrlə bağlı sualları cavablandırılıb.

Tədbirdə Bilik Fondunun fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Sonda Ç.Şirəliyev maarifçilik istiqamətində göstərdiyi fəaliyyətə görə təşəkkürnamə ilə təltif olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub