BİLL KLİNTONUN KİTABI ÇAPDAN ÇIXACAQDIR
AZƏRTAC xarici agentliklərə istinadla xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Bill Klintonun “Fədakarlıq bacarığı, yaxud hər birimiz dünyanı necə dəyişə bilər” adlı yeni kitabı sentyabrın 4-də 750 min nüsxə tirajla çapdan çıxacaqdır. Bu barədə Nyu-Yorkun “Alfred Hopf” nəşriyyat evi məlumat vermişdir.
ABŞ-ın 42-ci prezidentinin nəşriyyat evi tərəfindən yayılmış bəyanatında deyilir: “Xeyriyyə fondumun Afrikada və bütün dünyada fəaliyyəti timsalında mən bu kitabımda imkanım daxilində göstərməyə çalışmışam ki, sizin hər bir köməyinizin böyük müsbət nəticəsi ola bilər. Mən əmin oldum ki, imkanından, asudə vaxtından, yaşından və bacarığından asılı olmayaraq, hər bir adam başqaları üçün nəsə edə və bu, ümumbəşəri evimizi möhkəmləndirə bilər”.
Naşir A.Nopf demişdir ki, kitabdan götürülən gəlir dünyanı dəyişmək prosesinə öz töhfəsini verən xeyriyyə fondlarının hesablarına daxil olacaqdır.
Bəzi məlumatlara görə, “Alfred Nopf” nəşriyyat evinin Bill Klintonun üç il əvvəl çapdan buraxdığı “Mənim həyatım” adlı xatirələr kitabı müəllifinə 10-12 milyon dollar qonorar gətirmiş, kitabın ümumi tirajı isə 2 milyon nüsxəni ötmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.11.2026 [11:20]
İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib
- 14.11.2026 [09:21]
Hörmüz boğazında tanker minaya düşərək yanıb
- 14.11.2026 [07:18]
Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək
- 14.11.2026 [07:08]
Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:47]
Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”
- 13.11.2026 [23:37]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [23:15]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [22:14]
DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib
- 13.11.2026 [22:12]
Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
- 13.11.2026 [21:59]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:56]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:43]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:23]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 13.11.2026 [20:00]
Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub
- 13.11.2026 [19:24]
Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
- 13.11.2026 [19:07]