“BİNƏ” TİCARƏT MƏRKƏZİNDƏ YANĞIN
Dekabrın 12-də gecə saat 01.13 dəqiqədə Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin növbətçi hissəsinə Əzizbəyov rayonu ərazisində yerləşən “Binə” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.
İdarədən AZƏRTAC-a bildirmişlər ki, hadisə yerinə dərhal 12 yanğınsöndürən maşın göndərilmişdir. Ticarət mərkəzində 3 ədəd topdansatış mağazasının tezalışan konstruksiyaları, daxilində olan geyim və elektrik-məişət avadanlığı yanmışdır. 150 kvadratmetr sahəni əhatə edən yanğını saat 3.59 dəqiqədə söndürmək mümkün olmuşdur. Hazırda yanğının baş vermə səbəbi, mağazaların sahibləri və dəyən ziyanın miqdarı müəyyənləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]