CƏMİYYƏT
Binəqədi rayonunda törədilən soyğunçuluq hadisəsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 10 yanvar, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə müraciət edən Masallı rayon sakini E.Abışov yanvarın 9-da saat 01 radələrində qəsəbə ərazisində bir nəfərin ona zor tətbiq edərək pulunu aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Solodçenko keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.