BİNƏQƏDİDƏ BIÇAQLAMA HADİSƏSİ BAŞ VERMİŞDİR
Bakı, 1 aprel (AZƏRTAC). Binəqədi rayonundakı avtoyuma sexinin işçisi, Keşlə qəsəbəsinin sakini Valeh Rəhmanov münaqişə zəminində Sumqayıt şəhər sakini Xanlar İsmayılova bıçaqla xəsarət yetirmişdir.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Rəhmanov tutulmuşdur.
Binəqədi rayonu Atatürk prospektindəki parkda Füzuli rayon sakini Babək Rəsulbəyli münaqişə zəminində Cəlilabad rayon sakini Kamil Zahidovu bıçaqlamışdır.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Rəsulbəyli yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]