İQTİSADİYYAT
Binəqədidə sahibkarlardan investisiya layihələrinin qəbulu başlayır
Bakı, 29 oktyabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Binəqədi rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihələrdə ixtisaslaşdırılmış “yaşıl market”in, müasir ət kəsimi müəssisəsinin, plastik qapı-pəncərə istehsalı müəssisəsinin, tikiş sexinin və istixana təsərrüfatlarının yaradılması nəzərdə tutulur.
Sahibkarlar nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Onların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyəri bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.