ELM VƏ TƏHSİL
Biofizika İnstitutunda 2021-2025-ci illərdə aparılacaq elmi-tədqiqat işlərinin planı müzakirə olunub
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 29-da Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda 2021-2025-ci illərdə müəssisədə aparılacaq elmi-tədqiqat işlərinin planı müzakirə olunub. İnstitutun baş direktoru, Elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Oktay Qasımov elmi-tədqiqat işlərinin müasir və aktual prioritet istiqamətlər üzrə həyata keçirilməsini davam etdirmək üçün laboratoriya rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verib. Qeyd edib ki, fəaliyyət planı müasir dünya elminin inkişaf tendensiyaları ilə uzlaşmalıdır. Alim Azərbaycan elminin inkişafına töhfə verə bilən tədqiqatların daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.