Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir ananın üç övladı

Bakı, 7 fevral, AZƏRTAC

Hüseynovlar ailəsi Qarabağ müharibəsinin hər üzünü görmüşdü. Ailə başçısı Əvəz Hüseynov Laçın və Ağdərə uğrunda gedən döyüşlərin iştirakçısı idi. Onun qardaşı, mayor Əhməd Hüseynov isə artilleriya komandiri idi, 1993-cü ilin mayında Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdu. Əvəzin həyat yoldaşı Qiymətin iki qardaşı - İmdad və Osman Şahbəndəyevlər Kəlbəcər işğal edilərkən girov götürülmüşdülər.

Əvəzlə Qiymət 1995-ci ildə ailə həyatı qurmuşdular. İkisi də məcburi köçkün idi. Əvəz Kəlbəcər rayonunun Başlıbel kəndindən idi, Qiymət isə Laçından. Bərdə rayonunun Əyricə kəndində məcburi köçkün kimi məskunlaşan bu ailədə bir-birinin ardınca üç oğul dünyaya gəlmişdi: Hüseyn, Ayaz və Məhəbbət...

Onların üçü də Vətən, yurd həsrəti ilə böyümüşdü...

Üç oğul, üç igid, üç ümid...

AZƏRTAC xəbər verir ki, qardaşların üçü də orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmış, gələcək karyeralarını hərb sahəsinə bağlamışdılar.

Hələ müharibə başlamazdan əvvəl Hüseynlə Ayaz Müdafiə Nazirliyinin nəzdində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunu bitirmişdilər. Ailənin sonbeşiyi Məhəbbət isə Naxçıvandakı Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi.

Qardaşların üçü də eyni vaxtda qanlı döyüşlərə atılmışdı. Cəbhədə döyüşən üç oğulun həsrətinə, intizarına dözmək Qiymət üçün asan deyildi. Onların bu addımı bir tərəfdən fədakarlıq idisə, ana üçün narahatlıq və nigaranlıq idi. Lakın ana onların seçimi qarşısında heç vaxt maneə yaratmadı: “Öz seçimləridir, onların istəyinə qarşı çıxmayacağam” deyərək hər üç övladını gülə-gülə cəbhəyə yola salmışdı.

Qardaşların böyüyü olan Hüseyn 2016-cı ilin yanvarında həqiqi hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçular kursuna daxil olub və həmin ilin noyabrında hərbi hissədə tağım komandirinin müavini vəzifəsində çalışıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündən cəbhənin ən qaynar nöqtələrində - Kəlbəcər, Laçın istiqamətində, habelə Talış və Suqovuşan kəndlərinin işğalçılardan təmizlənməsi uğrunda döyüşlərdə iştirak edib. Necə deyərlər, Murovdan Suqovuşana qədər döyüş yolu keçib.

İyirmi dörd yaşlı bölük komandiri Hüseyn Hüseynov Vətən müharibəsinin ilk gününü xatırlayaraq deyir: “Müharibənin ilk günü Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ətrafında düşmənin əks-həmləsinin qarşısını aldıq. Bundan sonra Talış kəndi istiqamətində hücuma keçmək barədə döyüş tapşırığı aldıq. Düşmənin mövqe tutduğu ərazilərdə onları darmadağın etdikdən sonra sentyabrın 28-də Talış kəndinin başı üzərindəki yüksəkliyi və ətraf meşələri tamamilə azad etdik. Döyüş tapşırıqlarını yerinə yetirərək, bir neçə yüksəkliyi ələ keçirdik. Oktyabrın 3-də Suqovuşanı düşməndən azad etdik. Həmin döyüşlərdə komandiri olduğum bölmədə 5 şəhid, 7 yaralı vardı. Düşmən tərəfinin verdiyi itkilər isə qat-qat çox idi”.

Hüseyn Vətən müharibəsi günlərini xatırlayaraq deyir: “Dekabrın 1-də Laçına daxil olarkən Qarıqışlaq kəndində Həkəri çayının qırağında ermənilərin mövqe seçdiyi otelin damına qalxaraq, üçrəngli bayrağımızı oradan asdım. Bu, mənim həyatımın ən şərəfli və unudulmaz ani idi...”.

Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə o, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olmasına görə” medalları ilə təltif olunub.

Müharibə başa çatandan sonra Hüseyn evə dönərək anası ilə görüşür və hərbi hissəyə qayıdaraq, xidmətini davam etdirir.

Ortancıl qardaş 23 yaşlı Ayaz da həqiqi hərbi xidməti başa vurandan sonra böyük qardaşının yolu ilə gedib. O, 2020-ci ilin mayında müddətdən artıq xidmət edən hərbi qulluqçular kursuna qəbul edilib. Kursu bitirdikdən sonra “BTR 82-A” hərbi texnikasında tuşlayıcı kimi xidmətə başlayıb. Haqq savaşının ilk günlərində Murovdağda, daha dəqiq desək, Gülüstan istiqamətində döyüş tapşırıqlarını yerinə yetirib. O, öz döyüş maşını ilə düşmənin bir neçə postunu, hərbi texnikasını və canlı qüvvəsini məhv edib. Müharibənin sonrakı günlərində Murovdağ yüksəkliyi, Suqovuşan və Talış kəndləri, habelə Ağdam istiqamətində döyüş tapşırıqlarını yerinə yetirib.

Müharibə başa çatandan sonra “Suqovuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub. Ayaz indi də hərbi xidmətini davam etdirir.

Ailənin sonbeşiyi Məhəbbət isə 2001-ci ildə doğulub. Vətən müharibəsi başlananda Məhəbbət Naxçıvandakı Xüsusi Təyinatlı Qüvvələrdə əsgəri xidmətdə idi. Onun döyüş yolu Füzulidən, Xocavənddən, Daşaltıdan və Qarabağın baş tacı olan Şuşadan keçib.

“Mənim üçün 44 günlük müharibədə ən yadda qalan döyüşlər Şuşa və Laçın dəhlizində olub. Şuşa döyüşləri də şəhərin özü kimi bir əfsanəyə çevrildi. Bizim döyüşçülərin əsas tapşırığı Ermənistandan Qarabağa gələn yollara nəzarət etmək, düşmənin təchizatını minimuma endirmək idi. Həmin tapşırığı yüksək səviyyədə yerinə yetirdik və ermənilərin ön cəbhə ilə əlaqəsini kəsdik”, - deyə Məhəbbət Hüseynov deyir.

Məhəbbət Hüseynov göstərdiyi rəşadətə görə “Hərbi xidmətdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

O da qardaşlarının yolunu davam etdirərək həyatını hərbi sahəyə bağlayıb. Hazırda Vətən qarşısındakı xidmətini davam etdirməklə yanaşı, həm də hərbi təhsil alır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk ekspert: Ermənistan rəhbərliyinin itkin düşən azərbaycanlılarla bağlı mövqeyi ikili standartların ən bariz göstəricisidir

Bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Astarada qəza nəticəsində 5 kəndin qaz təchizatı dayandırılıb

“e-qanun.ai” axtarış platformasında emal edilən sorğuların sayı 4 milyonu keçib

Qazaxda iki nəfər bıçaqlanıb

Professor: İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz

“Barselona” “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq

Formula 1: Maks Ferstappen Las-Veqas Qran-Prisinin qalibi olub

Cəlilabadda avtomobil 70 yaşlı piyadanı vurub

Azərbaycan Premyer Liqasında XII tura 2 oyunla yekun vurulur

İndoneziyada şirniyyat fabrikində yanğın: 3 nəfər ölüb, 36 nəfər itkin düşüb

Navaxo Stirlinq UFC turnirində keçmiş çempion İrji Proxazkanı nokauta salıb

Media: Pentaqon ABŞ və Kanada hərbçilərinin qeyri-rəsmi əlaqələrini məhdudlaşdırıb

108 yaşlı Azərbaycan ədliyyəsi: islahatlar və yeni inkişaf mərhələsi

Sinqapur sahillərində saxlanılan kruiz gəmisinin onlarla heyət üzvü gəmini tərk edə bilmir

Liviyanın neft itkiləri 30,7 milyon dolları ötüb

Serbiya Avropa İttifaqı-Qərbi Balkanlar sammitində iştirak etməyəcək

Meksikada kartel rəhbərinin saxlanılması əməliyyatı zamanı dörd hərbçi həlak olub

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

“Mançester Siti” doğma meydanda “Fulhem”ə qalib gələ bilməyib

Husilərin Ər-Riyada PUA hücumunun qarşısı alınıb

“Real” İspaniya çempionatında ardıcıl altıncı qələbəsini qazanıb

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

“SpaceX” ABŞ Kosmik Qüvvələri üçün peyklər daşıyan raket buraxıb

Bəhreyn DİN: İranın hücumu nəticəsində sənaye obyektində yanğın baş verib

Azərbaycan Sarayevoda ənənəvi Diplomatik Qış Bazarı xeyriyyə yarmarkasında təmsil olunub

Azərbaycanlı döyüşçü UFC-də ikinci qələbəsini qazanıb

“Uşaq Hüquqları Aylığı” çərçivəsində “Cəsur” tamaşası nümayiş olunub

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

Pakistanın federal nazirinə Azərbaycanın “İqlim naminə mədəniyyət” təşəbbüsü barədə məlumat verilib

Finlandiyada yaşayan soydaşlarımız üçün səyyar konsulluq xidməti təşkil edilib

Çinin “MiniMax” süni intellekt şirkətinin təsisçisi sərvətinin 90 faizindən çoxunu itirib

Bu gün Fransada keçirilən etiraz aksiyalarında 80 mindən çox insan iştirak edib

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb VİDEO

Aİ və İndoneziya onillik danışıqlardan sonra sərbəst ticarət sazişi imzalayıb

“Costa Concordia” gəmisinin keçmiş kapitanı doqquz ildən sonra şərti azadlığa buraxılıb

Hindistanın şimal-şərqində saxta spirtli içkidən 11 nəfər ölüb, 180 nəfər zəhərlənib

Nigeriyada gəmi qəzası: 50-dən çox insan ölüb, axtarışlar davam edir

Əraqçi: İranın tələbləri yerinə yetirilməyənə qədər Hörmüzün açılması müzakirə olunmayacaq

Arzu Rzayeva: Ən əziz xatirələrim və musiqidə ilk addımlarım Xankəndi ilə bağlıdır - MÜSAHİBƏ

Bakıda şəhid jurnalistlərin xatirəsinə həsr olunan minifutbol turniri başa çatıb VİDEO

Bakıda şəhid jurnalistlərin xatirəsinə həsr olunan minifutbol turniri başa çatıb VİDEO

ABŞ Prezidenti: Rusiya ilə Ukrayna arasında daha əhatəli atəşkəsə nail olmaq istəyirik

Tramp: ABŞ və İran arasındakı razılaşma daimi olmalıdır

Bu saata olan əsas xəbərlər

Avstriya Xarici İşlər Nazirliyinin saytına kiberhücum olub

“Nvidia” bir neçə həftədə 1,4 trilyon dollar kapitallaşma itirib

Şəki COP31 çərçivəsində qlobal iqlim təşəbbüsündə dünyanın 69 şəhəri sırasında yer alıb VİDEO

Şəki COP31 çərçivəsində qlobal iqlim təşəbbüsündə dünyanın 69 şəhəri sırasında yer alıb VİDEO

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır

Dövlət Komitəsinin sədri: Aqressiv estetik və kosmetoloji prosedurlar ciddi fiziki və psixoloji fəsadlara yol aça bilər

Nigeriya ordusu 21 İŞİD terrorçusunu məhv edib

Finlandiya Aİ-ni rusiyalı idmançılara qarşı vahid viza qadağası tətbiq etməyə çağırıb

Aİ-nin 2028–2034-cü illər büdcəsində müdafiə xərcləri 232 faiz artırıla bilər

Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb

Uşaqların hüquqlarının qorunmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib

Stokholmda zorakılıq halları səbəbindən xüsusi məktəblərin sayının artırılması planlaşdırılır

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub

Danimarka Aİ-yə Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin dayandırılmasını təklif edib

Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

Vyetnamla münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin məntiqi davamıdır - ŞƏRH

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib

İraqda elektrik stansiyasında yanğın: 4 ölü, 35 yaralı

Taleyi naməlum azərbaycanlılar - yarımçıq qalan həyatların ağrısı

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Sənətkarlarımız yenidən “Ağdam üçün oxu”yur VİDEO

Sənətkarlarımız yenidən “Ağdam üçün oxu”yur VİDEO

Ekspert: İtkin düşmüş azərbaycanlıların taleyinin aydınlaşdırılması qarşılıqlı etimad səyləri üçün sınaqdır

Biləsuvarda hindquşu festivalı milli mətbəx nümunələrini və bölgənin turizm imkanlarını bir araya gətirib VİDEO

Biləsuvarda hindquşu festivalı milli mətbəx nümunələrini və bölgənin turizm imkanlarını bir araya gətirib VİDEO

Bakıda Kəlağayı Festivalının açılışı olub VİDEO

Bakıda Kəlağayı Festivalının açılışı olub VİDEO

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar VİDEO

Laçın şəhərinə aid memarlıq layihəsi “Qızıl Trezzini” mükafatına layiq görülüb

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Vyetnam səfəri: Azərbaycan yeni tərəfdaşlıq platformaları formalaşdırır

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq VİDEO

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq VİDEO

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır VİDEO

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır VİDEO

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq VİDEO

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq VİDEO

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur VİDEO

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur VİDEO

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib VİDEO

“Yeməyə dəyər”də bu dəfə heyvadan fərqli təamlar hazırlandı VİDEO

“Yeməyə dəyər”də bu dəfə heyvadan fərqli təamlar hazırlandı VİDEO

Krivoy-Roqa hava hücumu nəticəsində ölənlər və yaralananlar var

Gürcü politoloq: İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması Cənubi Qafqazda dayanıqlı sülh üçün vacibdir

Türkiyə parlamenti Avropa İttifaqı ilə vizasız rejimə dair son 6 meyarı müzakirə edəcək

Polis narkotik və güclü təsiredici dərman preparatlarının qanunsuz satışına qarşı əməliyyat keçirib VİDEO

Polis narkotik və güclü təsiredici dərman preparatlarının qanunsuz satışına qarşı əməliyyat keçirib VİDEO

Nəqliyyat Muzeyinin direktoru: Moskva–Bakı retro avtomobil yürüşünü təşkil etmək maraqlı olardı VİDEO

Nəqliyyat Muzeyinin direktoru: Moskva–Bakı retro avtomobil yürüşünü təşkil etmək maraqlı olardı VİDEO

Sabahın hava proqnozu açıqlanıb

ABŞ-də aqrar təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

P-TEC-in nazirlər görüşündə Cənubi Qafqazda həyata keçirilən strateji enerji layihələrindən danışılıb

İtkinlərin taleyinə aydınlıq gətirilməsi sülhə sadiqliyin ən inandırıcı göstəricilərindən biri olmalıdır - ŞƏRH

“Sabahın alimləri”nin elmi tədqiqatı COP31 çərçivəsində təqdim edilib

® Gəncə avtomobil zavodu “Regional Expo Gəncə 2026” sərgisində iştirak edir

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

Azərbaycan dünyanın ən böyük nağıl festivalında təmsil olunub

İrəvanın humanitar dialoq çağırışları itkin azərbaycanlıların taleyinə aydınlıq gətirməlidir – ŞƏRH

Professor: Ermənistanın itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirməməsi etimadın yaranmasına mane olur

Əziz Əliyevin 130 illik yubileyi Qubada qeyd edilib VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Qubada qeyd edilib VİDEO

Bu saata olan əsas xəbərlər

Politoloq: Azərbaycan-Vyetnam münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur

Azərbaycan parataekvondoçusu dünya çempionatının bürünc medalını qazanıb

Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır VİDEO

Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır VİDEO