Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bir il əvvəl yaradılmış İİTKM dünyanın ən yaxşı beyin mərkəzləri sırasına daxil olub

Bir il əvvəl yaradılmış İİTKM dünyanın ən yaxşı beyin mərkəzləri sırasına daxil olub

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 21 sentyabr tarixli Sərəncamı ilə yaradılan “Azexport” portalı indiyədək qeyri-neft sektoruna 100 milyon ABŞ dollarına yaxın məbləğdə ixrac sifarişləri alıb. İlin sonunadək bu rəqəmin bir neçə dəfə artacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı aprelin 20-də qurumun birillik fəaliyyətinin nəticələrinə dair keçirdiyi mətbuat konfransında məlumat verib.

Sifarişlərdən aydın olur ki, dünya bazarında əsasən kənd təsərrüfatı məhsullarına - meyvə şirəsi, meyvə kompotu, quru süd, şərab, yumurta, toyuq əti, fındıq ləpəsi, soğan, kartof, mərci, həmçinin hazır məhsullara, o cümlədən şərab və konyaklara, sənaye məhsullarına, mebelə tələbat daha çoxdur.

Mərkəzin qısa müddətdə ABŞ-ın Pensilvaniya Universiteti tərəfindən hazırlanan reytinqdə dünyanın ən yaxşı beyin mərkəzlərinin sırasına daxil olduğunu bildirən V.Qasımlı deyib: "Hazırda İİTKM-də Harvard, London, Bonn və başqa nüfuzlu universitetlərdən məzun olmuş 10-a yaxın iqtisad doktoru fiskal, monetar, rəqabət, biznes mühiti, aqrar, sənaye, dövlət müəssisələri, elektron ticarət, xarici bazarlar və sair mövzularda tədqiqatlara cəlb olunub. Aparılan tədqiqatlara Avropa İttifaqı, Dünya Bankı, BMT və başqa qurumların nüfuzlu ekspertləri cəlb ediliblər ki, bu da ölkədə islahatların gündəliyinin formalaşmasına töhfə verir. "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər" haqqında Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamına uyğun olaraq yaradılmış Komissiyanın fəaliyyətinin effektiv təşkil olunması istiqamətində İİTKM də yaxından iştirak edir".

Bildirilib ki, İİTKM Azərbaycanda inzibati rayonların iqtisadi fəaliyyət nəticələri və rəqabətqabiliyyətli sahələrinin müəyyən edilməsi və təhlilinin aparılması məqsədilə ilk dəfə regionların investisiya reytinqini tərtib edib. Reytinqin tərtib edilməsi zamanı qabaqcıl beynəlxalq təcrübə öyrənilib və Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış Dünya Rəqabətlilik İndeksinə oxşar yanaşma tətbiq olunub.

Prezident İlham Əliyevin "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 5 sentyabr tarixli Sərəncamına uyğun olaraq Mərkəz tərəfindən 4 istiqamətdə müvafiq tədbirlər planının hazırlanması prosesi həyata keçirilib və qaydalara dair tədbirlər paketi hazırlanib.

Eyni zamanda, Prezident İlham Əliyevin 2016-cı il 16 mart tarixli Sərəncamına əsasən "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nə müvafiq olaraq inkişaf planlarının işlənilməsi məqsədilə yaradılmış İşçi Qrupu ilə əməkdaşlıq qurulub. Strateji Yol Xəritəsinin hazırlanmasına dəstək verilməsi və geniş ictimaiyyətin iştirakını təmin etmək üçün yerli və xarici ekspertlər, mütəxəssislər, məsləhətçi şirkətlər və elmi təşkilatların və dövlət qurumlarının, vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət 11 prioritet sektor üzrə alt-işçi qruplar yaradılaraq intensiv surətdə ictimai müzakirələr aparılıb. "Alt işçi qruplarına cəlb olunmuş yüzlərlə ekspert dövlət, təhsil, akademik və biznes dairələrini, habelə vətəndaş cəmiyyətini əhatə edib. "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanının 2.2. bəndi ilə strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərinin keçirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılib", - deyə V.Qasımlı diqqətə çatdırıb.

Bildirilib ki, "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər" haqqında Prezident Fərmanının icrasını təmin etmək məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 10-dan çox dövlət qurumları ilə birlikdə "ixrac üçün vahid pəncərə", elektron pul kisəsi və elektron imzaların qarşılıqlı tanınması sahəsində mühüm işlər görüb. Qısa müddətdə Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı barədə ABŞ, Rusiya, Polşa, Türkiyə və başqa ölkələrin nümayəndələri ilə müzakirələr aparılıb.

Vüsal Qasımlı qeyd edib ki, ötən bir il ərzində islahatların kommunikasiyası İİTKM-in elektron resurslarında - iqtisadiislahat.org, ecoreform.az, ereforms.org saytlarında, Facebook, Twitter və Youtube səhifələrində, eləcə də KİV-də və sosial şəbəkələrdə üç dildə işıqlandırılıb.

Bundan başqa, "İslahatlar icmalı" və "İxrac icmalı"nın nəşrinə başlanılıb. Hər iki icmal xarici dillərə də tərcümə olunaraq, yüz minlərlə ünvana göndərilir.

Hesabat ilində AMEA və "Microsoft"la Anlaşma Memorandumu imzalanıb. Bir sıra beynəlxalq təşkilatlar - BMT, Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, SİGMA, Beynəlxalq Maliyyə Korporasiyası, Dünya Bankı və digər təşkilatlarla çoxsaylı birgə tədbirlər, həmçinin Almaniya, İsveçrə, ABŞ səfirləri ilə görüşlər keçirilib. Hesabat ilində İİTKM-in əməkdaşları ABŞ, Hindistan, Yaponiya, İtaliya, Estoniya, Tailand, Türkiyə və başqa ölkələrə səfər edərək iqtisadi islahatlar barədə çıxışlar ediblər.

İİTKM-in icraçı direktoru əlavə edib ki, nüfuzlu xarici ekspertləri cəlb etməklə Mərkəzdə sənaye parkları və sənaye məhəllələrinin fəaliyyəti, monitorinqi və qiymətləndirilməsi, gəlir-xərc analizi, iqtisadi zonaların qurulmasında texniki-iqtisadi əsaslandırma, keçid iqtisadiyyatlı ölkələrdə makroiqtisadi stabilləşmə və iqtisadi artım, data (məlumat) jurnalistikası, qida məhsullarının istehsalçılarına və təchizatçılarına olan tələblər və digər mövzularda 20-dək təlim keçirilib və müdavimlərə beynəlxalq sertifikatlar təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub