BİR KİLOQRAMDAN ÇOX MARİXUANA GÖTÜRÜLMÜŞDÜR
Nəqliyyatda Baş Polis İdarəsinin işçiləri Gəncə şəhər sakini Sergey Domoxindən 13,87 qram marixuana, Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ruslan Əliyevdən 3,204 qram tiryək, Yasamal Rayon Polis İdarəsi 26-cı bölməsinin əməkdaşları Gürcüstan vətəndaşı İlqar Mürsəlquliyevdən 0,264 qram heroin müsadirə etmişlər.
Qax Rayon Polis Şöbəsinin əməkdaşları əvvəllər məhkum olunmuş Rafiq Gəncəliyevdən 13 qram marixuana götürmüşlər. R.Gəncəliyevin evinə baxış zamanı əlavə 123 qram marixuana aşkar edilmişdir. Faktlarla bağlı cinayət işi açılmışdır.
Narkotiklərlə Mübarizə Baş İdarəsinin qərb bölgəsində regional şöbəsi və Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən 0,75 hektar sahədə yabanı halda bitmiş, çəkisi 5 ton 777 kiloqram olan 4622 ədəd çətənə kolu yığaraq məhv etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]