BİR NƏFƏR ÜÇÜN TAMAŞA
Teatrdan AZƏRTAC-a bildirmişlər ki, səhnə əsəri bir nəfər üçün nəzərdə tutulub. Əgər salonda bir nəfərdən artıq tamaşaçı olarsa, onlar üçün tənhalıq şəraitini təmin edən arakəsmələr qurulacaqdır. Bu səbəbdən tamaşaya 20-dən artıq bilet satılmayacaqdır.
Mövzusu iki gəncin platonik məhəbbətindən bəhs edən səhnə əsərində rolları Pərvin Allahverdiyeva və Zaur Şirməmmədli oynayacaqlar.
İntiqam Soltanın quruluş verdiyi tamaşanın rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahimdir.
Tamaşanın təqdimatı iyulun axırlarına nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [16:15]
Anatomiya Muzeyinin ən qədim eksponatları: mumiyalanmış insan qalıqları
- 16.11.2026 [15:17]