Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bir qrup dəniz nəqliyyatı işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı günü ilə əlaqədar, dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Aslanov Səmədağa Seyidaslan oğlu

Hacınski Mahmud Hüseyn oğlu

Xəlilov Faiq Səməd oğlu

Qarayev Ehtibar Zülfiqar oğlu

Mahmudov Aydın Yəhya oğlu

Nəcəfov Camal Hidayət oğlu

Nəzərov Emin Ağa Hüseyn oğlu

Nəzərov Rasim Mikayıl oğlu

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyul 2012-ci il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin