Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir sutkada qazanılan tarixi Zəfər

Bu gün separatizmə son qoyulması ilə nəticələnən antiterror tədbirlərindən üç il ötür

Bakı, 19 sentyabr, AZƏRTAC

23 saat 43 dəqiqə - Qarabağda separatizmin sonunu gətirən və Azərbaycanın dövlət suverenliyini tam təmin edən tarixi zaman kəsiyi.

2023-cü il sentyabrın 19-da başlayan və 23 saat 43 dəqiqə davam edən lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin ən mühüm səhifələrindən birinə çevrildi. Həmin vaxt Azərbaycan Ordusunun bölmələri uzun illər ərzində qurulmuş istehkamları yardı, strateji yüksəklikləri və mövqeləri nəzarətə götürdü, separatçı qüvvələrin müqavimət imkanlarını sıradan çıxardı. Azərbaycan dövlət suverenliyini tam bərpa etdi, separatizmə son qoydu və ərazi bütövlüyünü təmin etdi. Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə Azərbaycan Bayrağı ucaldıldı.

AZƏRTAC lokal antiterror tədbirlərinin gedişinə və tarixi əhəmiyyətinə bir daha nəzər salaraq, 23 saat 43 dəqiqəyə sığan həmin günlərin əsas məqamlarını xatırladır.

Səbrin tükəndiyi, qərarın yetişdiyi günlər

Bəzən bir hadisənin başlanğıcını onun baş verdiyi gündə deyil, ondan əvvəl gələn proseslərdə axtarmaq lazım gəlir.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat bölgədə yeni reallıq yaratmışdı. Lakin Bəyanatın tələblərinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Qarabağdan tam çıxarılmamışdı. Onların tərk-silah edilməsi və ərazidən çıxarılması ilə bağlı real addımlar atılmırdı.

Əksinə, qanunsuz silahlı dəstələrin təminatı Ermənistan tərəfindən davam etdirilir, Qarabağa silah-sursat və hərbi təyinatlı vasitələr daşınırdı. Azərbaycan Ordusunun mövqeləri ilə üzbəüz ərazilərdə mühəndis-istehkam işləri aparılır, kəşfiyyat-diversiya qruplarının fəallığı artırılır, ərazi və yollar yenidən minalanırdı.

Bununla yanaşı, Ermənistanın siyasi rəhbərliyinin və Qarabağdakı separatçı qüvvələrin atdığı addımlar vəziyyəti getdikcə daha da gərginləşdirirdi.

2023-cü il sentyabrın 2-də Ermənistanın Baş naziri Nikol Paşinyan qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin “ildönümü” ilə əlaqədar separatçı rejimə təbrik müraciəti ünvanladı. Cəmi bir neçə gün sonra - sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” keçirildi. Bu addımlar təsadüfi görünmürdü. Separatçı qüvvələrin yeni hakimiyyət formalaşdırmaq cəhdləri, qeyri-qanuni silahlı dəstələrə maddi-siyasi dəstək göstərilməsi Ermənistanın hərbi təxribatlara hazırlaşdığını göstərirdi.

Bir tərəfdən Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı iddialarından əl çəkmir, digər tərəfdən qondarma qurumun “rəhbərliyi” Qarabağın dağlıq hissəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı təklifləri qəbul etmək istəmirdi.

Üçtərəfli Bəyanatın imzalanmasından üç il keçmişdi. Lakin təxribatlar davam edir, terror aktları törədilir, qanunsuz silahlı birləşmələr saxlanılırdı. Belə bir şəraitdə vəziyyətin əvvəlki kimi davam etməsi mümkün deyildi.

Əməliyyat başlayır, sürət və dəqiqlik ön planda olur

Nəhayət, 2023-cü il sentyabrın 19-da, təxminən saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

İlk xəbərlər yayılanda artıq Azərbaycan Ordusunun bölmələri qarşıya qoyulmuş konkret hərbi məqsədlərin icrasına başlamışdı. Müdafiə Nazirliyinin məlumatında bildirilirdi ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətdə və dərinlikdə yerləşən mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqliklə sıradan çıxarılır. Lakin bu əməliyyatın daha bir mühüm tərəfi var idi: Hərbi hədəflərlə mülki əhali arasında dəqiq fərq qoyulması.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əməliyyatdan əvvəl bütün hərbi birləşmələrə Qarabağda yaşayan erməni əhalisinin qorunması ilə bağlı ciddi tapşırıq vermişdi: “Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır”.

Beləliklə, əməliyyatın ilk saatlarından həm sürət, həm də dəqiqlik ön plana çıxdı.

Mövqelər nəzarətə götürülür

Azərbaycan Ordusunun bölmələri irəlilədikcə qarşı tərəfin müdafiə xətti sürətlə yarılırdı. Aparılan tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Azərbaycan bölmələrinin nəzarətinə keçdi. 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan çox artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 zenit-raket qurğusu, 10-a yaxın “Martira” radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirildi. Xeyli sayda canlı qüvvə məhv edildi.

Gecə düşəndə Müdafiə Nazirliyi silahların yerə qoyulması ilə bağlı çağırış etdi. Bununla qarşı tərəfə döyüşləri dayandırmaq və silahı yerə qoymaq üçün imkan yaradıldı. Lakin çağırış qəbul olunmadı.

Beləliklə, sentyabrın 20-də döyüşlər yenidən davam etdi. Bu dəfə də Azərbaycan Ordusunun bölmələri qarşıya qoyulan tapşırıqları ardıcıl şəkildə yerinə yetirdi. Minalanmış ərazilər, mövqelər, hərbi texnika və silah-sursat ələ keçirilirdi. Həmin gün minaatan mərmisi ilə dolu 6 “Ural” markalı hərbi avtomobil və 4 minaatan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən qənimət götürüldü. Döyüşlərin gedişində 90-dan artıq döyüş mövqeyi, bir neçə strateji əhəmiyyətli yüksəklik, 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatan, 1 tank, 2 piyada döyüş maşını və xeyli sayda silah-sursat ələ keçirildi.

Əməliyyatın miqyası genişlənsə də, onun məqsədi dəyişmirdi: Qanunsuz hərbi infrastrukturu sıradan çıxarmaq və Azərbaycanın öz ərazisində təhlükəsizliyini və suverenliyini təmin etmək.

Uzun illərin istehkamları və nəticə

Qarşı tərəf illər ərzində möhkəmləndirilmiş mövqelər qurmuşdu. Lakin Azərbaycan Ordusunun peşəkarlığı və müxtəlif qoşun növlərinin əlaqəli fəaliyyəti həmin mövqelərin effektivliyini qısa müddətdə aradan qaldırdı. Tanklar, piyadaların döyüş maşınları, zirehli transportyorlar, artilleriya sistemləri, hərbi aviasiya, radioelektron mübarizə vasitələri və pilotsuz uçuş aparatlarının səmərəli tətbiqi əməliyyatın nəticəsinə ciddi təsir göstərdi. Döyüşçülər bir neçə saat ərzində Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd və Xankəndi-Xocalı istiqamətlərində irəliləyərək qarşı tərəfin dərinliyinə daxil oldular və yollar üzərində nəzarəti təmin etdilər.

Xüsusi təyinatlı bölmələrə verilmiş əsas tapşırıqlardan biri də əraziyə giriş-çıxışın tam nəzarətə götürülməsi idi. Bu tapşırıq da bütün istiqamətlərdə uğurla yerinə yetirildi.

Artıq separatçı qüvvələrin manevr imkanları əhəmiyyətli dərəcədə məhdudlaşmışdı. Azərbaycan Silahlı Qüvvələrinin birgə fəaliyyəti nəticəsində separatçı rejimin rəhbərliyi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığı ağ bayraq qaldırdı.

Beləliklə, 24 saatdan da az müddətdə Azərbaycan Ordusu qarşıya qoyulan hərbi tapşırıqları yerinə yetirdi. 15-18 minlik hərbi qruplaşmanın təslim olması ilə Qarabağda qanunsuz silahlı qüvvələrin fəaliyyəti dayandırıldı.

Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusunun qalıqları tam şəkildə tərk-silah edildi, Qarabağdakı qeyri-qanuni xunta rejimi ləğv olundu, separatçıların əsas rəhbərləri həbs edildi. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.

Separatçılığa son qoyuldu

Antiterror tədbirlərinin sürəti və nəticəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət çəkdiyi məqamlardan biri oldu. Dövlətimizin başçısı deyib: “Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər. Deyirlər ki, əməliyyat 23 saat neçə dəqiqə çəkmişdir, amma əslində, daha qısa müddət ərzində tamamlanmışdır. Biz bütün nəzərdə tutduğumuz mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar məhv olacaqdılar...

Əməliyyat hərb elmi nöqteyi-nəzərindən də çox uğurlu idi. Şuşa əməliyyatına oxşar bir əməliyyat idi. Əlbəttə, Şuşa əməliyyatı xüsusi peşəkarlıq tələb edən əməliyyat idi, amma bu da çox uğurlu idi. Yəni bütün vəzifələr yerinə yetirildi və beləliklə, separatçılığa son qoyuldu”.

Zəfərin yeni səhifəsi

2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri Vətən müharibəsində əldə edilmiş Böyük Qələbənin davamı kimi Azərbaycan tarixində özünəməxsus yer tutdu. Lakin Qələbə yalnız bayrağın ucaldılması ilə tamamlanmır. Əsl qələbənin daha bir üzü var - illərlə doğma yurd həsrəti çəkən insanların öz torpaqlarına qayıtması.

Hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur. Qarabağ və Şərqi Zəngəzurda son illərdə baş verən dəyişikliklər yalnız xəritənin deyil, həyatın özünün də yenidən qurulduğunu göstərir. Bir vaxtlar erməni quldur birləşmələrinin viran qoyduğu ərazilərdə bu gün yeni yaşayış məskənləri salınır, yollar və infrastruktur obyektləri inşa edilir, müasir şəhər və kəndlər qurulur. Evlər işıqlanır, məktəblər açılır, küçələr salınır, doğma torpaqlarından illər əvvəl didərgin düşmüş insanlar öz yurdlarına qayıdırlar.

Beləliklə, 23 saat 43 dəqiqə Azərbaycanın dövlət suverenliyini tam təmin edən tarixi zaman kəsiyi oldu. Bu gün həmin 23 saat 43 dəqiqənin nəticələri Qarabağın hər qarışında görünür. Burada şəhərlər, kəndlər, məktəblər, yollar, evlər, bir sözlə, həyat yenidən qurulur.

Müxbir - Göyçək Mahmudlu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Bir əsrlik radio, 70 illik televiziya: Heydər Əliyev Sarayında “Yubiley gecəsi” FOTO

Bakıda aşan ağac səbəbindən evdə köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

İran XİN: ABŞ-nin Tehranın tələblərinə cavabları praktik deyil

Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik

Bu gün Avropa ölkələri Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini daha dərindən anlayırlar - ŞƏRH

ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır - FAKTİKİ HAVA

“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir

İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb

Şon Daffi: ABŞ-də 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb

İsveç şahzadəsi Madlen uşaq serialını təqdim edib

Azərbaycan gimnastı gənclər arasında Dünya çempionatında tarixi bürünc medal qazanıb

Budapeştdə üçüncü Azərbaycan nar festivalı keçirilib

Estoniya Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlayacaq

Danimarkada milyon krondan çox qiyməti olan “Pokémon” kartlarını oğurlayıblar

Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

“Kür” komandasının baş məşqçisi: “Çair” komandası ilə cavab qarşılaşmasında həndbolçularımız bacardıqlarını etdilər

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur

Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə

Mixail Ulyanov: Digər ölkələr nüvə sınaqlarını bərpa etsə, Rusiya cavab tədbiri görəcək

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

WP: ABŞ aviasiya tənzimləyicisi modernləşdirmə səbəbindən pozuntular riski barədə xəbərdarlıq alıb

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neftdaşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər