İQTİSADİYYAT
Birbaşa investisiyalar formasında xaricdən cəlb edilmiş sərmayələrin məbləği 4,8 milyard dollar olub
Bakı, 17 mart, AZƏRTAC
Birbaşa investisiyalar formasında xaricdən cəlb edilmiş sərmayələrin ümumi məbləği 4,8 milyard dollar olub.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 83,5 faiz təşkil edib. 2021-ci il üzrə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-2 milyard 903 milyon dollar) azalması cəlb olunmuş investisiya ilə (4 milyard 4,9 milyon dollar) kapitalın repatriasiyası (6 milyard 907,9 milyon dollar - əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 790,3 milyon dollar (30,5 faiz artım) olub.