Azərbaycan Dövlət İnformasiya Agentliyi

BİRGƏ BƏYANNAMƏ

Bundan sonra “Tərəflər” adlanan Qazaxıstan Respublikası və Azərbaycan Respublikası,

Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında ənənəvi dostluq münasibətlərini və hərtərəfli münasibətləri inkişaf etdirmək əzmində olduqlarını ifadə edərək,

Qazaxıstan ilə Azərbaycan arasındakı əməkdaşlığın Avrasiyada sülhün və sabitliyin möhkəmlənməsinə kömək etdiyini vurğulayaraq,

2005-ci il mayın 24-də imzalanmış Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin əhəmiyyətini nəzərə alaraq,

İkitərəfli siyasi dialoqun və beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq,

Qarşılıqlı maraq doğuran aktual beynəlxalq və regional məsələlərə dair oxşar mövqeləri bölüşərək,

Qlobal enerji təhlükəsizliyinin təmin olunmasında iki ölkənin mühüm rolunu nəzərə alaraq,

İki dövlətin mövcud potensialına uyğun olaraq siyasi, ticarət-iqtisadi, humanitar və mədəni əlaqələri möhkəmləndirməyin zəruriliyini qeyd edərək,

aşağıdakıları bəyan etmişlər:

İki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərini dərinləşdirmək məqsədi ilə Tərəflər dialoqun davam etdirilməsinin və hökumətlər, parlamentlər və vətəndaş cəmiyyətləri səviyyəsində mübadilələrin genişləndirilməsinin mühüm əhəmiyyətini qeyd edirlər.

Tərəflər qanunun aliliyi, demokratiya, insan hüquqlarının müdafiəsi və bazar iqtisadiyyatı prinsipləri əsasında ikitərəfli münasibətləri möhkəmləndirmək əzmində olduqlarını vurğulayırlar.

Tərəflər iki ölkə arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni və humanitar əməkdaşlığı genişləndirmək səylərində qətiyyətlidirlər.

Tərəflər iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyətini ikitərəfli iqtisadi münasibətlərin inkişafı üçün mühüm əlaqələndirici mexanizm və əldə olunmuş razılaşmaların həyata keçirilməsinin səmərəli vasitəsi hesab edirlər.

Tərəflər energetika sahəsində və yüngül sənayedə, habelə qeyri-neft sektorunun digər sahələrində iki ölkənin müəssisələri arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığı təşviq etməyə hazırdırlar.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin bir hissəsi olan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istismara verilməsinin əhəmiyyətini vurğulayaraq, Tərəflər əmin olduqlarını bildirmişlər ki, onlar qlobal enerji təhlükəsizliyinə töhfə verəcək və region ölkələrinin sabit iqtisadi inkişafına xidmət edəcəklər.

Tərəflər Şərq-Qərb nəqliyyat dəhlizinin uğurla fəaliyyət göstərməsində, Xəzər dənizi vasitəsilə birgə nəqliyyat və enerji layihələrinin reallaşdırılmasında qarşılıqlı fəaliyyətin, Qazaxıstan mallarının Azərbaycan ərazisi vasitəsilə və Azərbaycan mallarının Qazaxıstan ərazisi vasitəsilə fasiləsiz tranzitinin təmin edilməsinin, əlverişli qarşılıqlı sərmayə mühiti formalaşdırılmasının əhəmiyyətini təsdiq edirlər.

Tərəflər Avropa ilə Asiya arasında nəqliyyat-kommunikasiya əlaqələrinin inkişaf etdirilməsini və yük daşımalarının genişləndirilməsini regional əməkdaşlığın prioritet vəzifəsi hesab edirlər.

BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini, ATƏT-in Lissabon zirvə görüşünün üç prinsipini bütünlüklə dəstəkləyərək, Tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri və normaları, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında dinc vasitələrlə həll edilməsinin vacibliyini qeyd edirlər.

Tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həlli məqsədi ilə ATƏT-in Minsk qrupu tərəfindən səmərəli və qətiyyətli tədbirlər görülməsinin mühümlüyünü vurğulayırlar.

Tərəflər beynəlxalq təhlükəsizliyə və sabitliyə qorxu törədən hədələri, o cümlədən beynəlxalq terrorizmi, ekstremizmin bütün formalarını, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının gizli yolla dövriyyəsini, transmilli mütəşəkkil cinayətkarlığı, qanunsuz silah və insan alverini, kütləvi qırğın silahının yayılmasını pisləyir və onlara qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsinin zəruriliyinə tərəfdardırlar.

Tərəflər BMT və onun ixtisaslaşdırılmış strukturları çərçivəsində, habelə müxtəlif beynəlxalq və regional təşkilatlarda əməkdaşlığı davam etdirmək niyyətlərini təsdiqləyir və beynəlxalq münaqişələrin həllində BMT-nin rolunun gücləndirilməsinin vacibliyini qeyd edirlər.

Tərəflər Xəzər regionunun sülh, sabitlik, mehriban qonşuluq və əməkdaşlıq zonasına çevrilməsinə hərtərəfli kömək göstərəcəklər.

Tərəflər Xəzər dənizinin dibinin bölünməsi haqqında Azərbaycan, Qazaxıstan və Rusiya arasında imzalanmış ikitərəfli və çoxtərəfli sazişlərə xüsusi əhəmiyyət verir və onları Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi prosesinə fundamental töhfə hesab edir və bu istiqamətdə birgə səyləri davam etdirməyə sadiq olduqlarını bəyan edirlər.

Tərəflər Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair danışıqlar çərçivəsində konstruktiv dialoqun zəruri olduğunu bildirirlər. Bu baxımdan Tərəflər Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri çərçivəsində Xüsusi işçi qrupunun fəaliyyətini müsbət qiymətləndirirlər.

Ali və yüksək səviyyələrdə görüşlərin müsbət rolunu məmnunluqla vurğulayan Tərəflər regional və qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə yönəldilmiş siyasi və iqtisadi məsləhətləşmələrin, dialoqların keçirilməsini, qarşılıqlı maraq doğuran bütün başqa məsələlərə dair fikir mübadiləsini bundan sonra da dəstəkləyəcəklər.

Tərəflər əmin olduqlarını bildirmişlər ki, bu Birgə Bəyannamə Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin intensivləşməsinə və hərtərəfli inkişafına xidmət edəcəkdir.

Astana, 7 avqust 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz