Azərbaycan Dövlət İnformasiya Agentliyi

BİRGƏ BƏYANNAMƏ

Azərbaycan Respublikası Prezidenti və Polşa Respublikası Prezidenti

Beynəlxalq məsələlərdə əməkdaşlıq da daxil olmaqla, Azərbaycan və Polşa arasında ümumi maraq kəsb edən sahələrdə ikitərəfli əlaqələr və əməkdaşlığın vəziyyəti və inkişaf istiqamətləri barədə faydalı fikir mübadiləsinə istinad edərək,

İki ölkə arasında dostluq əlaqələrinin və əməkdaşlığın daha da inkişafı və genişləndirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin hazırkı səfərinin vacibliyini, o cümlədən iki dövlətin rəsmiləri arasında gələcək yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulayaraq,

Hər iki ölkə beynəlxalq aləmdəki mühüm məsələlərlə bağlı oxşar və ya çox yaxın mövqelərinin olması faktı və strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlıq üçün aralarındakı ikitərəfli əlaqələri bərabərlik, qarşılıqlı etimad və anlaşma əsasında inkişaf etdirmək zərurəti mövqeyindən çıxış etdiklərini vurğulayaraq,

Beynəlxalq hüququn ümumtanınmış normalarına, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində əks olunmuş məqsəd və prinsiplərə sadiqliklərini təsdiq edərək,

Münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət və riayət əsasında, BMT Nizamnaməsinə uyğun olaraq, sülh yolu ilə həllini dəstəklədiklərini qeyd edərək,

Hər iki Tərəfin siyasi, iqtisadi, mədəni, elmi və humanitar əməkdaşlıq, o cümlədən qarşılıqlı səmərə verə biləcək digər sahələrdə faydalı əlaqələri inkişaf etdirməyə mövcud potensial və hazırlıqlarını məmnuniyyətlə qeyd edərək,

Ümumi iqtisadi əməkdaşlığı dərinləşdirmək və genişləndirməyin ən mühüm komponenti kimi Azərbaycan-Polşa ticarət mübadiləsinin genişləndirilməsi və diversifikasiya edilməsinin əhəmiyyətini xüsusilə vurğulayaraq,

Enerji resurslarının beynəlxalq bazarlara etibarlı çıxışını təmin etmək və enerji əməkdaşlığını təşviq etməkdə güclü, qarşılıqlı maraqlara malik olaraq,

aşağıdakıları bəyan edirlər:

1. Tərəflər strateji tərəfdaşlığı möhkəmləndirmək məqsədilə qarşılıqlı maraq doğuran siyasi və iqtisadi məsələlər üzrə məsləhətləşmələrin həyata keçirilməsi, regional və qlobal təhlükəsizliyin gücləndirilməsi üzrə dialoq və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparmaq barədə hazırlıqlarını təsdiqlədilər. Tərəflər əlaqələrini qanunun aliliyi, demokratiya, insan hüquqları və bazar iqtisadiyyatı kimi dəyərlər əsasında inkişaf etdirmək öhdəliklərini qeyd edirlər.

2. Tərəflər BMT, ATƏT, GUAM və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqlarının səmərəliliyini artırmaq istiqamətində səylərini davam etdirəcəklər.

3. Avropada təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətini vurğulayaraq və beynəlxalq səviyyədə tanınmış sərhədlərin güc yolu ilə dəyişdirilməsinin qəbul edilməzliyinə dair mövqelərini təsdiq edərək, Tərəflər qeyd etdilər ki, beynəlxalq birliyin, o cümlədən Avropa dövlətlərinin beynəlxalq sülh və təhlükəsizliyə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə təhlükə törədən təcavüz aktlarına qarşı səylərinin birləşdirilməsi qlobal təhlükəsizliyin təmin edilməsinin mühüm amilidir.

4. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in Lissabon Sammitinin üç prinsipinə uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət əsasında sülh yolu ilə həllinin əhəmiyyətini vurğuladılar.

5. Tərəflər sülh əməliyyatları, silahlı qüvvələrə demokratik nəzarət, müdafiə və təhlükəsizlik sektorunda islahatlar sahəsində əməkdaşlığı genişləndirmək məqsədilə, Avratlantika Tərəfdaşlıq Şurası və NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində sıx əməkdaşlığı dəstəklədiklərini ifadə etdilər.

6. Tərəflər Azərbaycanın Avropa təsisatlarına inteqrasiyasının inkişafı baxımından Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsinin, Avropa İttifaqı və Azərbaycan arasında Fəaliyyət Planının qəbul edilməsinin əhəmiyyətini qeyd etdilər və iki dövlət arasında bu sahədə fəal əməkdaşlığı dəstəklədilər. Bu kontekstdə, Tərəflər 2007-ci il 1 mart tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Polşa Respublikası Xarici İşlər Nazirliyi arasında Avropaya inteqrasiya üçün 2007-2008-ci illərdə əməkdaşlıq haqqında Memorandumu”n əhəmiyyətini vurğuladılar və bu sənədin həyata keçirilməsi istiqamətində növbəti addımların atılması niyyətlərini ifadə etdilər.

7. Tərəflər ikitərəfli əlaqələrin və regional sabitliyin genişləndirilməsi üçün regional əməkdaşlığın əhəmiyyətini vurğuladılar. Bu kontekstdə, onlar Polşa-GUAM tərəfdaşlığını alqışladılar və “V4+” mexanizmləri vasitəsilə Azərbaycan və Vişeqrad qrupu arasında sıx əməkdaşlığın əhəmiyyətini vurğuladılar.

8. Polşa tərəfi Azərbaycan Respublikası tərəfindən həyata keçirilən iqtisadi islahatların əhəmiyyətini vurğulayaraq, onun DTT-yə üzv olmaq niyyətini dəstəkləyir və Azərbaycanın DTT ilə danışıqlar prosesində texniki yardım göstərməyə hazır olduğunu ifadə etdi.

9. Tərəflər Avropa enerji təhlükəsizliyinin əhəmiyyətini vurğuladılar və bununla əlaqədar, Avropanın enerji tələbatının təmin edilməsində Xəzər dənizi regionunun enerji ehtiyatlarının artan rolunu xüsusilə qeyd etdilər. Bu kontekstdə, Tərəflər Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin həyata keçirilməsinin strateji əhəmiyyətini qeyd edərək, Xəzər neftinin Avropa və dünya bazarlarına tranziti üçün dəhliz layihəsinə öz (Odessa-Brodı-Plotsk-Qdansk) dəstəklərini ifadə etdilər. Tərəflər yeni enerji layihələrini həyata keçirəcəklərini, xüsusilə Xəzər dənizindən Azərbaycan Respublikası, Gürcüstan, Ukrayna və Polşa Respublikası vasitəsilə Avropa və beynəlxalq bazarlara nəqliyyat sistemi imkanlarını araşdıraraq yeni Sarmatia konsorsiumunun yaradılmasını məmnuniyyətlə qeyd edirlər. Bu baxımdan Tərəflər cari ilin may ayında Kiyev şəhərində keçiriləcək növbəti Enerji Sammitinin əhəmiyyətini vurğuladılar.

10. Tərəflər tranzit azadlığı və qeyri-ayrıseçkilik prinsipləri əsasında Azərbaycan Respublikasında və Xəzər dənizi regionunda hasil olunan təbii qazın müvafiq ölkələr vasitəsilə Avropa istehlakçılarına məhdudlaşdırılmayan və iqtisadi cəhətdən cəlbedici tranzitinin təmin edilməsi üzrə əməkdaşlıq edəcəklər.

11. Tərəflər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizini inkişaf etdirmək üçün bütün nəqliyyat vasitələri sahəsində ikitərəfli və regional səviyyədə əməkdaşlığın gücləndirilməsi zərurətini dəstəkləyirlər. Tərəflər Cənubi Qafqazı Mərkəzi və Şərqi Avropa regionları ilə birləşdirən Şərq-Qərb dəhlizinin elementini təşkil edən infrastruktur layihələrinin inkişafının əhəmiyyətini qeyd etdilər.

12. Tərəflər enerji təhlükəsizliyinin təmin edilməsinin təxirəsalınmaz zərurətini etiraf edərək və ətraf mühitin mühafizəsini ən vacib tapşırıq kimi nəzərdən keçirərək, BMT-nin bütün üzv dövlətlərini qlobal istiləşmənin və onun bəşəriyyətə vura biləcəyi zərərli fəsadların azaldılması istiqamətində birgə səy göstərməyə çağırırlar. Bununla əlaqədar, Tərəflər bütün dövlətlərin, azad bazar şərtləri əsasında, enerji resurslarına sərbəst çıxışının zəruriliyini bir daha təsdiq etdilər.

13. Tərəflər hərbi və hərbi-texnoloji sahələrdə əməkdaşlıq edəcək və hər iki dövlətin müvafiq qurumları arasında əlaqələrin inkişaf etdirilməsinə yardım edəcəklər.

14. Tərəflər hər iki dövlət arasında ticarətin həcmi və iqtisadi əməkdaşlığın səviyyəsinin iqtisadiyyatlarının imkanlarına və potensialına uyğun şəkildə artırılması və sərmayələrin təşviqi də daxil olmaqla, hər növ biznes fəaliyyəti üçün əlverişli hüquqi, institusional və digər şəraitin təmin edilməsi barədə əlavə tədbirlər görəcəklər.

15. Tərəflər təhsil, mədəni, texnoloji və elmi sahələrdə əlaqələrin inkişafını müvafiq qurumlar arasında birbaşa əməkdaşlığı, böyük universitet əməkdaşlığını, daha çox tələbə və məktəbli mübadiləsi proqramlarını və bu sahələrdə digər birgə layihələri həyata keçirməklə həvəsləndirəcəklər.

Varşava, 26 fevral 2008-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır