BİRGƏ MƏTBUAT KONFRANSI
Rumıniya və Azərbaycan prezidentləri bəyanatla çıxış etdilər.
Hər iki ölkənin dövlət başçısı təkbətək və geniş tərkibdə keçirilən görüş zamanı müzakirə etdikləri məsələlər barədə ətraflı məlumat verdilər. Bildirildi ki, Prezident İlham Əliyevin Buxarestə səfəri iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəkdir.
Sonra Prezidentlər jurnalistlərin suallarına cavab verdilər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan jurnalistinin sualına cavab verən Prezident İon İliyesku xüsusi vurğuladı ki, Rumıniya Azərbaycanı bu məsələdə həmişə dəstəkləmişdir. Bu münaqişə sülh yolu ilə, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır.
X X X
Oktyabrın 11-də “Kortoçen” sarayında Rumıniya Prezidenti İon İliyeskunun adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi.
Azərbaycan və Rumıniya prezidentləri ziyafətdə nitq söylədilər.
/Mətbuat konfransı və rəsmi ziyafət haqqında geniş hesabat qəzetdə dərc olunacaqdır/.