RƏSMİ XRONİKA
BİRGƏ MƏTBUAT KONFRANSI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyunun 4-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçirmişlər.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan əvvəlcə jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər.