BİRGƏ MƏTBUAT KONFRANSI
Xəbər verdiyimiz kimi, iyulun 1-də Batumidə GUAM-ın sammitinin geniş iclası başa çatdıqdan sonra dövlət başçılarının birgə mətbuat konfransı olmuşdur.
Dövlət başçıları əvvəlcə xatirə şəkli çəkdirdilər.
Mətbuat konfransını Gürcüstan Prezidenti Mixeil SAAKAŞVİLİ açmışdır. Zirvə görüşündə vacib məsələlərin müzakirə olunduğunu bildirən Gürcüstan Prezidenti Batumi sammitinin uğurla keçdiyini qeyd etdi. Bildirdi ki, GUAM üzv və tərəfdaş ölkələrin əməkdaşlığı üçün əhəmiyyətli təşkilatdır.
Ukrayna Prezidenti Viktor YUŞŞENKO təşkilat daxilində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu dedi və bildirdi ki, bu sammitdə qəbul edilən qərarlar münasibətlərin dərinləşdirilməsi və inkişafı baxımından mühüm addım hesab olunmalıdır.
Azərbaycan Prezidenti İlham Əliyev mətbuat konfransında bəyanatla çıxış etdi.
######
![]() |
![]() |
![]() |


