Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Birinci rübdə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin olunub

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında və Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə iqtisadiyyat naziri Şahin Mustafayev Nazirlər Kabinetinin iclasında və qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasının iqtisadiyyatın davamlı inkişafı və rəqabətqabiliyyətinin artırılması, istehsal və ixrac potensialının genişləndirilməsi və s. kimi strateji məsələlərdə mühüm əhəmiyyətini vurğulayıb. Nazir 2017-ci ilin birinci rübünün yekunlarının dövlət başçısı tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdıraraq, qeyd edib ki, dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin iqtisadiyyata təsirini neytrallaşdırmaq, ölkənin davamlı inkişafını təmin etmək məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli islahatlar həyata keçirilir. Bu islahatların əsas istiqaməti məhz qeyri-neft sektorunun inkişafıdır və islahatların uğurlu icrası sayəsində bu sahədə ciddi dönüş əldə edilib, Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin olunub.

Şahin Mustafayev vurğulayıb ki, Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, Dövlət İnvestisiya Proqramının tam şəkildə icrası, xarici sərmayənin cəlb edilməsi ilə bağlı daha fəal iş aparılması, kənd təsərrüfatı və sənaye istehsalının, xüsusilə ixracyönümlü məhsulların həcminin artırılması, hər bir rayonda sənaye zonasının yaradılması, ənənəvi ixrac bazarlarına daha geniş çeşiddə məhsulların çıxarılması və yeni ixrac bazarlarına çıxışın təmin edilməsi, logistik mərkəzlərin yaradılması, aqropark və təsərrüfatların müasir texnologiyalar əsasında qurulması, bölgələrdə məşğulluğun artırılması, yeni iş yerlərinin yaradılmasının davam etdirilməsi və s. tapşırıqlar verib.

Müşavirədə iqtisadiyyat naziri dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələrin icrası məqsədilə makroiqtisadi təhlillərin, dövlət investisiya layihələrinin monitorinqinin aparılması, istehlak bazarına nəzarətin gücləndirilməsi, yeni iş yerlərinin yaradılması imkanlarının araşdırılması barədə nazirliyin aidiyyəti struktur bölmələrinə konkret göstərişlər verib.

Bildirilib ki, 2017-ci ilin I rübündə 40 mindən çoxu özəl sektor tərəfindən olmaqla 85 min yeni iş yeri yaradılıb. Hazırda özünüməşğulluq səviyyəsinin yüksəldilməsi üçün İqtisadiyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə təkliflər hazırlayır.

Dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parkları və sənaye zonalarının yaradılması davam etdirilir. Hazırda ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Qaradağ Sənaye parkları fəaliyyət göstərir, Mingəçevir və Pirallahı sənaye parklarının təşkili istiqamətində işlər aparılır. 10 rezidenti olan Sumqayıt Kimya Sənaye Parkında bu il 5, gələn il isə 2 müəssisə istifadəyə veriləcək. Mövcud layihələr üzrə rezidentlər tərəfindən sənaye parkına 1,2 milyard ABŞ dolları həcmində investisiyanın yatırılması və 2000-ə yaxın daimi iş yerinin açılması nəzərdə tutulur. Sənaye Parkında istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara da ixrac ediləcək. Artıq Sənaye Parkının rezidenti olan “Azertexnolayn” müəssisəsi istehsal etdiyi məhsulun 52 faizini ixrac edib.

Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən ən böyük layihələrdən olan “SOCAR Polimer”in iqtisadi əhəmiyyətindən danışan nazir diqqətə çatdırıb ki, bu layihə Azərbaycanda sahibkarlığın inkişafında xüsusi önəm kəsb edir və burada istehsal olunacaq polipropilen və yüksək sıxlıqlı polietilen ixrac olunmaqla yanaşı, yerli müəssisələrin xammala olan tələbatını ödəyəcək. Nəticədə hazırda idxal olunan yüzlərlə adda məhsul ölkə daxilində istehsal ediləcək.

Yeddi hektar sahəni əhatə edən Balaxanı Sənaye Parkında 22 milyon manat investisiya ilə tullantıların təkrar emalı üzrə 5 müəssisənin bu ilin birinci yarısında fəaliyyətə başlaması və bu müəssisələrdə 400-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq Sənaye Parkının rezidentləri olan “Ekokat” MMC və “Metak” MMC parkın ərazisində test rejimində fəaliyyətə başlayıblar.

Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkına indiyədək 470 milyon dollar investisiya qoyulub ki, bu, 2000 nəfərin daimi işlə təmin olunmasına imkan verir.

Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma, tikiş və corab istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dən çox yeni iş yerinin açılması gözlənilir. Parkda yaradılacaq müəssisələr üçün xammal bazası, o cümlədən pambıq mahlıcı yerli məhsullar hesabına təmin ediləcək. Bütün bunlar ölkədə ilk dəfə olaraq yüngül sənaye sahəsində klaster yanaşmasının geniş tətbiqinə imkan verəcək.

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən biri də ölkəmiz üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsullarının istehsalı sənayesinin yaradılmasıdır. Bu məqsədlə xüsusi olaraq yaradılmış Pirallahı Sənaye Parkında artıq 2 dərman zavodunun təməli qoyulub. Növbəti zavodun təməlinin isə yaxın vaxtlarda qoyulacağı gözlənilir.

Müşavirədə regionlarda yerli potensiala əsaslanan sənaye zonalarının yaradılması imkanlarının araşdırılması və sənaye parklarının təşkili istiqamətində işlərin davam etdirilməsi barədə müvafiq struktur bölmələrə tapşırıqlar verilib.

Neftçala Sənaye Zonasında 2 müəssisə artıq fəaliyyətə başlayıb, 3 müəssisənin isə bu il fəaliyyətə başlaması nəzərdə tutulur. Masallı Sənaye Zonasının yaradılması istiqamətində müvafiq torpaq sahəsi ayrılıb, layihələndirmə işləri tamamlanıb. Sənaye zonasına sahibkarlar tərəfindən böyük maraq göstərilir və artıq onlar tərəfindən dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub.

Nazir Şahin Mustafayev Hacıqabul və Ağdam rayonlarında da sənaye zonalarının yaradılması imkanlarının araşdırılmasının qısa müddətdə başa çatdırılması barədə nazirliyin aidiyyəti strukturlarına müvafiq tapşırıqlar verib.

Müşavirədə bildirilib ki, investisiya təşviqi mexanizmi uğurla həyata keçirilir və indiyədək sahibkarlar tərəfindən verilmiş 140-a yaxın investisiya təşviqi sənədi üzrə 1,2 milyard manatlıq investisiya qoyuluşu və 8 min iş yerinin açılması nəzərdə tutulur. Artıq investisiya təşviqi sənədi verilmiş 45 layihə reallaşdırılıb.

Dövlət başçısının tapşırığına uyğun olaraq, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi tədbirləri daim diqqətdə saxlanılacaq. Müşavirədə məlumat verilib ki, hazırda 24 rayonda 32 aqroparkın, o cümlədən 12 heyvandarlıq kompleksinin, 20 iri bitkiçilik təsərrüfatının yaradılması üzrə işlər aparılır. Bütün bunların qarşıdakı dövrdə qeyri-neft sektorunda istehsal və ixrac potensialını daha da artıracağını vurğulayan iqtisadiyyat naziri bu sahədə işlərin sürətləndirilməsi, sənayedə və aqrar sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi barədə tapşırıqlar verib.

Hazırkı dövrdə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, ixrac məhsullarının çeşidinin və həcminin artırılması, ixrac coğrafiyasının genişləndirilməsi prioritet istiqamətlərdəndir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidentinin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlət başçısı mühüm tapşırıqlar verib. Bu sahədə görülən işlər barədə məlumat verən Şahin Mustafayev bildirib ki, indiyədək “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı Honqkonq da daxil olmaqla Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə 7 ixrac missiyası həyata keçirilib. Növbəti ixrac missiyası isə aprelin 23-də Qazaxıstana yola düşüb.

Prezident İlham Əliyevin qeyri-neft ixracatçılarının respublika müşavirəsində ən yaxşı potensial bazar olan ölkələrə ixrac missiyalarının təşkili, dünyanın aparıcı sərgilərində iştirakın təmin edilməsi barədə tapşırıqlarının icrası məqsədilə 2017-ci ildə Rusiya, ABŞ və digər ölkələrə ixrac missiyaları təşkil olunacaq, “World Food Moscow”, “Anuga”, “Honqkonq Beynəlxalq Şərab və Spirtli İçkilər” sərgilərində Azərbaycan məhsullarının vahid ölkə stendində nümayiş olunması təmin ediləcək. Dövlət başçısının tapşırığına əsasən, bir sıra ölkələrlə yanaşı, böyük ölkələrin bölgələrinə də ixrac missiyalarının təşkili istiqamətində təhlillər aparılır.

Bununla yanaşı, ixracın stimullaşdırılması məqsədilə sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3 faizdən 6 faizədək büdcə vəsaitləri hesabına təşviq verilir. Bu ilin I rübündə İqtisadiyyat Nazirliyinə bu istiqamətdə 84 müraciət daxil olub və Rusiya, ABŞ, Çin, Belarus və digər ölkələrə ixrac olunmuş kənd təsərrüfatı və sənaye məhsulları üzrə 520 min manatdan çox ixrac təşviqi ödənilib. Dövlət başçısının ixracın təşviqi üzrə müəyyənləşdirdiyi hədəflərə nail olmaq məqsədilə iqtisadiyyat naziri bu istiqamətdə işlərin davam etdirilməsi və daha da genişləndirilməsi barədə nazirliyin müvafiq strukturlarına göstərişlər verib.

Eyni zamanda, ixrac bazarlarında ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi məqsədilə dövlət başçısının müvafiq Fərmanına əsasən, səfirlik və konsulluqlarda ticarət nümayəndələrinin təyin edilməsi ilə bağlı tədbirlərin icrası davam etdirilir, Azərbaycanın ilk ticarət nümayəndəsi qeyri-neft məhsulları üzrə əsas ticarət tərəfdaşımız olan Rusiya Federasiyasına təyin olunub.

Belarusda Azərbaycan Ticarət Evi yaradılması işləri tamamlanmaq üzrədir və bu yaxınlarda fəaliyyətə başlayacaq. Ukraynada da bu istiqamətdə işlər aparılır. Müşavirədə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Rusiya, Qazaxıstan, Asiya qitəsi və Körfəz ölkələrində də Azərbaycanın Ticarət Evlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə müvafiq göstərişlər verilib.

Prezident İlham Əliyevin Azərbaycanın xaricdə logistik mərkəzlərin yaradılmasını vəzifə olaraq qarşıya qoyduğunu vurğulayan Şahin Mustafayev bu istiqamətdə araşdırmaların aparıldığını bildirib, işlərin sürətləndirilməsi barədə nazirliyin aidiyyəti struktur bölmələrinə tapşırıqlar verib. Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən Azərbaycanın xaricdəki ilk Logistik Mərkəzi də məhz qeyri-neft sektorunun inkişafına, ölkəmizin ixrac və tranzit imkanlarının genişləndirilməsinə xidmət edir.

Vurğulanıb ki, Yevlaxda keçirilmiş qeyri-neft ixracatçılarının respublika müşavirəsində Prezident İlham Əliyev meyvə-tərəvəz məhsullarının, fındıq, badam, zeytun yağı, şəkər çuğunduru, ipək istehsalının və ixracının artırılması, pambıqçılığın, tütünçülüyün, xalçaçılığın inkişaf etdirilməsi, yun emalının təşkili, şərab zavodlarının tam gücü ilə işləməsinin təmin olunması, mineral suların ixracının genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılmasına dəstəyin davam etdirilməsi, özünü təminat səviyyəsinin yüksəldilməsi, balıqçılıq sənayesinin yaradılması istiqamətində mühüm vəzifələr müəyyənləşdirib.

Şahin Mustafayev nazirliyin müvafiq struktur bölmələrinə ixracyönümlü yerli istehsalın dəstəklənməsi istiqamətində tədbirlərin gücləndirilməsi barədə tapşırıqlar verib. Qeyd edilib ki, hazırda şərabçılığın inkişafı və stimullaşdırılması ilə bağlı təkliflər hazırlanır.

Müşavirədə yun tədarükü müəssisələrinin yaradılması ilə bağlı tədbirlərin görülməsi, xalçaçılığın inkişafına xüsusi diqqət göstərilməsi, eləcə də qeyri-neft ixracının artırılmasında əhəmiyyəti nəzərə alınmaqla qablaşdırma sahəsində mövcud istehsal sahələrinin genişləndirilməsi və yeni müəssisələrin yaradılması imkanlarının araşdırılması barədə tapşırıqlar verilib.

Müşavirədə, həmçinin Azərbaycan məhsullarının təbliği məqsədilə xarici KİV-də reklamların yerləşdirilməsi üçün qısa müddətdə tədbirlərin görülməsi barədə İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinə tapşırıqlar müəyyənləşdirilib.

Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi siyasətində mühüm yer tutur. Bununla əlaqədar ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində önəmli işlər görülüb. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi, eləcə də Azərbaycan və İran sərhədində dəmir yolu məntəqələrinin birləşməsi üzrə nəzərdə tutulan inşaat işləri ölkəmiz tərəfindən sürətlə icra edilib. Hazırda İran ərazisində Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə dair müzakirələr aparılır. Bu layihənin icrasından sonra Fars körfəzindən Rusiyaya, eləcə də Şərqi və Şimali Avropa ölkələrinə yüklərin daşınması daha səmərəli olacaq, Şimal-Cənub dəhlizinin Azərbaycandan keçməklə infrastrukturu tam təmin ediləcək. Müşavirədə qeyd edilib ki, ötən ilin dekabrında Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı İrana yola salınıb ki, bu, Azərbaycanın tranzit imkanlarının daha da artırılmasına, eləcə də blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının inkişafına öz töhfəsini verəcək.

Dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi proqram xarakterli çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında konkret icraçısı və icra müddəti göstərilməklə nazirliyin struktur bölmələrinə tapşırıqlar əksini tapıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir

Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ən müasir texnologiyalar əsasında aparılır – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib