Azərbaycan Dövlət İnformasiya Agentliyi

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN PREZİDENTİ ƏLAHƏZRƏT ŞEYX ZAİD BİN SULTAN ƏL NƏHƏYYANA

Əlahəzrət,

Ölkənizin milli bayramı - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaradılması günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasındakı münasibətlərin bugünkü səviyyəsindən məmnunam. Əminəm ki, xalqlarımızın bir-birinə bəslədiyi dostluq hissləri ilə təməli qoyulmuş dövlətlərarası əlaqələrimiz və əməkdaşlığımız daim inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Birləşmiş Ərəb Əmirlikləri xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin